Kriminal 11.03.2020 21:33

Dəniz ilə narkotika gətirənlər yaxalandılar - VİDEO

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Rakus.az xəbər verir ki, əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə olunmasının qarşısı alınıb. İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Şəxsi axtarış zamanı Kamran Hüseynovun əlindəki bağlamaya baxış keçirilərkən 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamran Hüseynov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazinə keçirərək Xəzər dənizinin sahilində Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO