Hadisə 13.03.2020 16:15

Bakının ən böyük dələduzluq qeydı alındı

Nəsimi rayonu, Tbilisi prospektində 10-58 ünvanında 6 binanın, yəni 300 mənzilin istilik sistemini təmin edən qazanxananın bağlanması əhalinin narazılığına səbəb olub. 

Rakus.az xəbər verir ki, bu barədə hadisə yerində olan “Report”un əməkdaşına məlumat verən sakinlərin sözlərinə görə, “İşıq İnşaat” MTK-ya məxsus binalarda istilik verilişi saat 16 radələrindən etibarən dayandırılıb və hətta qazanxana möhürlənərək bloklanıb.

Məsələ ilə bağlı “Azəriqaz”dan sakinlərə bildirilib ki, “İşıq İnşaat” MTK-nın 36 min manat borcu var. Sakinlər qeyd edir ki, istilik sisteminə görə dövlət rüsumu 15 qəpik olduğu halda, sakinlərdən mənzilin hər kvadratına görə 50 qəpikdən pul yığılır ki, bu kommunal pulu da vaxtı-vaxtında ödənilir.

Məsələ ilə bağlı “Report”un əməkdaşı “İşıq inşaat” MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşirlə danışmağa cəhd etdi. Lakin həmin şəxsə edilən çoxsaylı zənglərə baxmayaraq, telefonu söndürdü. Daha sonra “İşıq İnşaat” MTK-nın Xəyyam adlı nümayəndəsi ilə əlaqə saxlanıldı. O, öz növbəsində, bildirdi ki, problemdən xəbərdardır və sakinlərlə ayrı-ayrılıqda görüşülüb problem yoluna qoyulacaq. Onun sözlərinə görə, istilik sisteminin kəsilməsi həm sakinlərin, həm də təmsil etdiyi qurumun borcu ucbatından baş verib.

“Report”un əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl “İşıq inşaat” MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşir Qardaş oğlu dələduzluqda təqsirləndirilib. İttihama görə, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri, Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq edib. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənimsəməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO