Koronavirus dalğası – Avropada son vəziyyət
Dünyanın ən imkanlı ölkələri cümə axşamı pandemiyanın başlanğıci olan Çində zəifləməsinə baxmayaraq, koronavirusun Avropaya yayılaraq vurduğu zərbəyə görə qlobal iqtisadiyyata misili görümnəmiş yardım göstərib.
Rakus.az xəbər verir ki, dünya üzrə virusa 227 800 nəfər yoluxub, ölənlərin sayı 9 200 nəfəri keçib.
NATO Avropadakı hərbi təlimləri azaltmaqdadır. Lakin keçən ay sülh razılaşmasından sonra ABŞ Əfqanıstandakı qüvvələrini çıxarmaqda davam edir.
Almaniya və Britaniya ordusunu gözləmə rejiminə salıb. İtalya əsgərləri ölkənin şimalındakı şəhərdə koronavirus səbəbilə ölənlərin cəsədlərinin daşınmasına yardım edir.
Cümə axşamı səhiyyə rəsmilərindən biri İtaliyanın cənubunda, İsveçrə ilə sərhəddə koronavirus xəstələrinin olduğunu bildirib.
İçərisində 1 400 sərnişin və ekipaj üzvü olan İtaliyaya məxsus kruiz gəmisi Fransanın cənubundakı Marsel şəhərinin limanına yan alıb. Gəmidəkilər testlərin cavabını gözləyir.
Xorvatiya, Şimali İrlandiya və Rusiya cümə axşamı ilk ölüm hallarını təsdiq edib.
Koronavirus ABŞ-ın 50 ştatının hamısında qeydə alınıb və yoluxanların ümumi sayı 9400-dən çoxdur. Milyonlarla amerikalı evdən çıxmır. Səkkiz həftə ərzində 60 mindən çox evsiz Kaliforniyada virusa yoluxa bilər.