Dünya 20.03.2020 23:39

İdarəolunan koronavirus – 5-lik niyə bir yerdə deyil? – TƏHLİL - FOTO

Dünyanın barəsində danışdığı başlıca mövzu koronavirusdur. O, insanlara ən böyük problemlərini unutdurub, hətta dünyanın qaynar bölgələrinin hərarətini aşağı salıb.

Əslində, koronavirus bir sınağa da oxşayır. Lap elə müqəddəs kitablarda, nağıllarda təsvir edilən vəziyyət yada düşür. Eyni zamanda koronavirus şeytan kimi ara qarışdıran rolunda da oynayır. “Taclı” virus iqtisadiyyatı güclü olan dövlətlərin normallaşmaqda olan münasibətlərini korlayır. Onun yaratdığı vəziyyətdən sui-istifadə edənlər də yox deyil.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya. Dünyada bütün böyük məsələlər onların razılığı olmadan həyata keçirilmir. Bu 5-lik ortaq məxrəcə gələndə dünyanın işləri, demək olar ki, yolunda olur. Koronavirus onların öz aralarındakı münasibətinə bir daha işıq saldı. Məhz bu yazıda da həmin məsələdən bəhs etmək istəyirik. 5-lik bir-biri ilə necə davranır? Daha çox kim qazanır?

Qeyd edək ki, pandemiya ilə bağlı statistik göstərici belə olub: dünyada ən çox yoluxma hadisəsi Çin (80 928 nəfər), İtaliya (35 713), İran (17 361), İspaniya (14 769) və Almaniyada (12 824) qeydə alınıb. Dünyada ən çox ölüm hadisəsi Çin (3 245 nəfər), İtaliya (2 978), İran (1 135), İspaniya (638) və Fransada (264) baş verib. İsrail və Rusiyada isə uyğun olaraq 433 və 147 yoluxma qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək 220 840 insan yoluxub. Virusdan sağalanların sayı isə 85 778 nəfərdir.

Pandemiya başlayandan ilk dəfə martın 18-də Çin daxilində virusa yoluxma hadisəsi qeydə alınmayıb. Ölkə Səhiyyə Nazirliyinin məlumatına əsasən, xaricdən Çinə gələnlər arasında 34 yeni hadisə qeydə alınıb. Bundan başqa, martın 18-də Çində 819 nəfər, ümumilikdə isə 70 420 nəfər sağalaraq evə buraxılıb. Belə çıxır ki, Çində infeksiya ocağı sönür. Ölkə üzrə futbol və basketbol çempionatlarını bərpa etməyə hazırlaşırlar. Məlumata görə, basketbol çempionatının aprelin 2-də bərpasl planlaşdırılır. Futbol birinciliyi isə aprelin 18-də başlamalıdır.

Avropa İttifaqına (Aİ) üzv dövlətlərdə infeksiyanın yayılması davam edir. Virusun yaratdığı şokdan sonra özünə gələn Çin hakimiyyəti, ilk növbədə, bu suala cavab axtarır: “Bu, niyə baş verdi?”, “Kim Çini bu vəziyyətə saldı?” və “Viriusun episentri niyə Çin oldu?” Bu cür hadisələrdə şübhələniləsi 5 dövlətdir. Müqayisə qüsuru olsa da, terrorçu dövlətlər və təşkilatların adları məlum olduğu kimi, koronavirusla bağlı hadisənin baş verməsində də, ilk növbədə, BMT TŞ-nin daimi üzvlərindən şübhələnilir. Onlara qarşı haqsızlıqdır? Xeyr! COVID-19 olmasaydı, ABŞ-la Çin arasında maliyyə-ticarət problemi həll ediləcəkdi. İki dövlətin münasibəti normallaşmağa başlayarkən virus onu da korladı.

Bu arada rəsmi Pekin ABŞ-a aid “New York Times”, “Wall Street Journal” və “Washington Post”un Çin üzrə müxbirlərini ölkədən deportasiya etdi. 2020-ci ilin sonunadək həmin jurnalistlərin Çin ərazisində fəaliyyət göstərməsi üçün icazə vardı. Onlar Çinin koronavirusla bağlı həyata keçirdiyi tədbirləri tənqid edən xəbər yaydıqları üçün cəzalandırılıblar. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo yazılı açıqlamasında bildirmişdi ki, “Sinxua” agentliyinin müxbiri daxil olmaqla Çinin ABŞ-dakı 5 jurnalisitinin fəaliyyətini məhdudlaşdırır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Qen Şuan bu məsələdən danışarkən deyib ki, ABŞ səhvlərini düzəldərsə, əlavə tədbirlər görülməyə bilər: “ABŞ bütün mümkün variantların masa üzərində olduğunu bildirir. Mən də bu gün ABŞ-a Çin üçün bütün mümkün variantların masa üzərində olduğunu söyləyirəm”. O, ABŞ hakimiyyətini vəziyyətlə bağlı verdiyi açıqlamalara görə tənqid edib, həmin çıxışları “mənəviyyatsız və məsuliyyətsiz” adlandırıb. O, Uhan şəhərinə COVID-19-u ABŞ hərbçilərinin gətirdiyini ehtimal edib.

ABŞ prezidentinin baş müşaviri Robert Obrayen isə rəsmi Pekini koronavirusun yayılmasını ləng reaksiya verməkdə bu virusa qarşı mübarizədə yaydığı informasiyada yetərincə şəffaf olmamaqda ittiham etmişdi. Müşavir bildirmişdi ki, Çinin virusa qarşı mübarizədə ləngiməsi dünyaya iki aya başa gəlib: “Halbuki bu müddət ərzində dünya epidemiyaya qarşı hazırlığını görə bilərdi”.

Yeri gəlmişkən, bu məsələdən sui-istifadə etməyə səy də göstərilir. ABŞ-ın ən sərt sanksiyasına məruz qalan İran hakimiyyətinin təmsilçiləri koronavirusun yayılmasında birmənalı şəkildə ABŞ-ı ittiham edirlər. İranın keçmiş müdafiə naziri, Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bildirib ki, virusun yayılmasına görə ABŞ cavab verməlidir: “ İran və Çin ABŞ-ı birlikdə ittiham etməlidir. ABŞ koronavirusun hazırlanması və yayılmasında oynadığı rolla bağlı beynəlxalq ictimaiyyətin tələblərinə cavab verməlidir”. Çin Dövlət Şurasının “ABŞ-da 2019-cu ildə insan haqlarının pozulması”na dair hesabatında Birləşmiş Ştatlar dünyada xaos yaratmaqda ittiham olunur.

Koronavirus dünya iqtisadiyyatına, o cümlədən ayrı-ayrı ölkələrin iqtisadiyyatına milyardlarla dollar ziyan vurub. Məlumata görə, cari ilin yanvar-fevral aylarında Çinin ixracatı 17,2 faiz azalıb. Bu, 292,45 mlrd. ABŞ dollarına ekvivalentdir. İnfeksiyanın yayılmasına baxmayaraq, Çinlə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 5,6 faiz artaraq 17 mlrd. ABŞ dolları təşkil edib. Rusiya mallarının Çinə idxalı 21,7 faiz artaraq 11,1 mlrd. ABŞ dolları, əksər ticarət əməliyyatı isə 15,4 faiz azalaraq 6 mlrd. ABŞ dollarınadək azalıb.

Görünür, ABŞ-la Çinin münasibətlərindəki gərginik və yaranmış mövcud vəziyyətdən Rusiya yararlanıb. ABŞ epidemiyaya ilə bağlı ləng, qeyri-şəffaf fəaliyyətdə Çini tənqid etdiyi halda, “The Financial Times” koronavirusla bağlı Rusiyanı dezinformasiya yaymaqda ittiham edib: “Rusiyanın kremlyönümlü KİV-i koronavirusa dair bir neçə dildə yanlış informasiyalar yaymaqla cəmiyyətin Avropa İttifaqına etimadına zərbə vurur. Bununla da Rusiya mediası şübhə, vahimə və qorxu yaratmağa cəhd göstərirlər”. Qəzet yanvarın 22-dən Rusiyaya yaxın KİV-in koronavirusun Avropa İttifaqında yayılması ilə bağlı təxminən 80 dezinformasiya aşkarlanıb: “Bu yanlış xəbərlər ingilis, alman, ispan, italyan və fransız dillərində yayılıb”. “The Financial Times” iddia edir ki, həmin informasiya vasitələrinin məqsədi qərb ölkələrində səhiyyə sahəsində böhranı dərinləşdirmək, cəmiyyətin bu sistemə etimadına zərbə vurmaqdır.

Deyir yaman gün insanları yaxınlaşdırır. Ancaq qeyd etdiyimiz və başqa informasiyalardan göründüyü kimi, koronavirus bu işi görə bilmədi. Əksinə, öz mahiyyətinə uyğun dövlətlər arasında qarşıdurma və ziddiyyətləri artırdı. Məsələn, Çinlə ABŞ münasibətlərində gərginliyin azalması ərəfəsində artdı. Ağ Evin sanksiyasına məruz qalan dövlətlər virusun yaratdığı şəraitdən istifadə etməklə ABŞ-a öz kin və hiddətlərini açıq şəkildə bildirirlər. Beşlikarası münasibətdə də gərginlik var. Bunun ən bariz nümunəsi dünyanın ağır və sınaq günündə onların bir yerdə olmamasından da görünür. Müxtəlif ölkələr koronavirusa qarşı vaksin hazırlığı ilə bağlı açıqlama verir. Bu təhlükə gerçək və daha qorxuludursa, yaxud dünyanın iddialı güclərinin alimləri niyə bəhs etdiyimiz virusa qarşı birlikdə vaksin hazılamır? Axı onların arasında əməkdaşlıq nəticəsində koronavirus bəlasına qarşı daha tez əlac tapılar.

Hər halda beşlik koronavirusun yaratdığı imtahanın sınağından hələ ki çıxa bilmir. Belə ehtimal etmək olar ki, bu virus ziyanvericiyilinə görə onları özünə oxşadır. Niyə 5-lik, “Böyük 7”lik bəlanın qarşısının alınması məqsədilə bir yerə toplaşmır? Yoxsa virusun yaratdığı faciə deyil? Bəlkə “böyüklər” insanlıq üzərində təcrübə keçirir? Dünyanın var-dövlətinə sahib olmaq istəyənlər ölkələri dağıdıb milyonlarla insanı yurd-yuvasından didərgin salınmasında başlıca rol oynayanlar niyə özlərini çarəsiz kimi götəririlər? Bütün hallarda vəziyyətin bu həddə gəlib çatmasında əsas günahkar və ya günahkarlar var. Onların arxayın davranışından belə çıxır ki, vəziyyət (virus) idarə ediləndir və nəzarət altındadır.

Sədrəddin Solton (Report)

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO