Səhiyyə 22.03.2020 11:24

Bir neçə vaksin hazırlanıb – Türkiyədən azərbaycanlı alim - FOTO

Koronavirus pandemiyası sərhədlərini hər gün genişləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 266 min nəfərdən, ölənlərin sayı isə 11 min nəfərdən çoxdur. Gözlər virusun müalicəsi üçün tətbiq olunacaq vaksinin hazırlanmasına dikilib. Virusu tamamilə yox edəcək vaksin hazırlanacaqmı? Mövcud göstəricilər gələcəyə dair hansı ümidləri verir?

Rakus.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən, SSRİ-də ilk dəfə olaraq malyariya xəstəliyinə qarşı peyvənd və yeni dərman preparatlarını hazırlayan tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev “Report”un suallarını cavablandırıb.

Alimin sözlərinə görə, virusun məhv edilməsi üçün dünyadakı elm adamları bir neçə istiqamətdə araşdırmalar aparırlar: “Dünya səhiyyəsi qarşısında duran əsas vəzifə xəstəliyə qarşı peyvəndin, ikinci əsas məsələ bəzi infeksion xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının COVID-19-a təsirinin öyrənilməsi və ya virusa qarşı yeni dərman preparatlarının hazırlanmasıdır.

Eyni zamanda genetik mühəndislik yolu insan hüceyrələrində özünə yer edən virus hüceyrələrini dəyişdirərək yenidən xəstə hüceyrəyə verilməsi metodu da diqqət mərkəzindədir. Bundan başqa hibridoma texnologiyası ilə də xəstəliyin müalicəsi üzərində işlənilir. Ancaq təəssüf ki, bu gün ciddi cəhdlə aparılan araşdırmalarla həmin metodlardan heç biri xəstəliklə mübarizədə uğurlu nəticə verməyib”.

A.Allahverdiyevin sözlərinə görə, son günlər dünyanın müxtəlif ölkələrində (Çin, ABŞ, Rusya, Yaponiya) COVID-19-a qarşı vaksinin hazırlandığına dair iddialar irəli sürülür. Lakin bu iddialar təsdiqini tapmayıb: “mRNA-1273” adlı peyvənd az sayda insan üzərində sınaqdan keçirilsə də, onun nəticə verməsi üçün azı 18 aya ehtiyac olduğu açıqlandı. Düşünürəm ki, tədqiqatçılar tərəfindən bu sahədə araşdırmalar aparılsa da, problemin həllindən danışmaq çox tezdir. Çünki indiyə qədər bir çox müxtəlif infeksiyalara və xəstəliklərə qarşı peyvənd işlənib hazırlansa da, nəticələr ürəkaçan olmayıb.

Bu qədər tədqiqatlar nəticəsində sadəcə 11 xəstəliyə qarşı effektlı peyvənd hazırlaya biliblər. Digər tərəfdən COVID-19 infeksiyasının xüsusiyyətləri tam bəlli olmadığı üçün orqanizmə verilən peyvəndin aktivləşdirdiyi immun sistem hüceyrələrinə virusların necə cavab verəcəyi məlum deyil”.

Alim qeyd edib ki, peyvəndin tapılması üçün bütün gözlər ABŞ-a dikilib və oradakı elm adamlarının da, əldə etdiyi nəticələri hələ ki uğurlu hesab etmək olmaz: “Mövcud vaksinləri ideal adlandıra bilmərik. Belə ki, peyvənd üçün istifadə ediləcək protein antigenləri heç də, virusun bütün antigenlərini özündə əks etdirmir. Əminliklə deyə bilərəm ki, bu virusa qarşı yeni dərman preparatının hazırlanması azı 14 il müddətində mümkün ola bilir. Təəssüf ki, indiyə qədər viruslara qarşı əldə edilən dərman preparatları da, spesifik olmadığı üçün istənilən nəticələrin əldə edilməsi mümkün olmayıb. Çarə üçün hazırda ən əlverişli yol müxtəlif infeksion xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının COVID-19-da test edilməsidir”.

A.Allahverdiyev bildirib ki, bir çox yaş qrupunda olan, milli mənsubiyyətindən, ölkəsindən asılı olmayaraq hər kəs virusa yoluxa bilər: “Xəstəliyin klinik əlamətləri ən çox yaşlı insanlarda və müxtəlif xəstəliyi olan şəxslərdə daha çox görünür. Gənclərdə isə xəstəliyin kliniki əlamətləri tam görülməsə də, onlar epidemioloji baxımdan ətrafdakılar üçün təhlükə yaradırlar. Belə ki, bu şəxslərin immun sistemi virusların çoxalmasına ev sahibliyi etdiyi üçün, onlar virus daşıyıcı rolunu oynayaraq xəstəliyi sağlam şəxslərə ötürəcəklər. Ancaq nəticələr onu deməyə əsas verir ki, immun sistemi zəif olan gənclərdə də, xəstəlik sürətlə inkişaf edərək ölümə yol aça bilər.

COVID-19-la bağlı dünyada baş verən hadisələr bir daha göstərir ki, xəstəlikdən azad olmaq çox da asan olmayacaq. Bunun əsas səbəbi xəstəliyin pandemik şəkil almasıdır. Belə ki, hər hansı ölkədə xəstəlik aradan qaldırılsa da, başqa ölkədən gələn xəstə insan bu xəstəliyin orada yenidən baş qaldırmasına səbəb olacaq”.

XƏBƏR LENTİ
Siyasi / 16.10.2023 10:47
Heydər Əliyev kursunun layiqli davamçısı – Tarix yazan lider
İdman / 15.10.2023 23:17
“Çəmbərək” qalib gəlib, 1-ci tur başa çatıb
İdman / 15.10.2023 20:30
“Göyçə” inamlı qələbə qazanıb - FOTO - VİDEO
İdman / 15.10.2023 11:58
Bu gün “Qərbi Azərbaycan” “Göyçə”ni” Çəmbərək” isə “Qaraqoyunlu”nu sınağa çəkir
İdman / 14.10.2023 22:09
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
Hadisə / 14.10.2023 20:13
Unudulmuş qəbiristanlıq: mərhum azərbaycanlılarla bağlı dəhşət - FOTO - VİDEO
Maraqlı, Sosial / 13.10.2023 20:00
“Ermənilər evimizi partlatdılar, 4 yaşlı öğlum qucağımda öldü” - VİDEO
Elm və təhsil / 13.10.2023 17:06
“Ulu babalarım İrəvandan qovulub” – Sərdar Ünsal ilə tarixi görüş
İdman / 13.10.2023 14:33
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Sosial / 13.10.2023 13:57
“Kəndimizi görüb ölmək istəyirəm” – Şəhid anasının həyat hekayəsi – ANONS - VİDEO
Dünya, Təhlil / 12.10.2023 19:55
Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO
Təhlil / 12.10.2023 17:14
Ermənistan niyə sülh istəmir – TƏHLİL - FOTO
Siyasi / 12.10.2023 13:50
Ermənistanda təşviş: “100 min azərbaycanlı qayıdır” – ANONS
İdman / 12.10.2023 12:22
Turnirə hazırlıq görüşü: “Ardanış” – “Göyçə”- 9:7 - FOTO
Gündəm / 11.10.2023 19:52
Böyük Ermənistan” xülyasının məhv etdiyi talelər”
Gündəm / 11.10.2023 13:35
1918-1948-1988-ci illərin acı deportasiya tarixi – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.10.2023 12:16
“Əgər İrəvanda qazıntılar aparılsa, oradan yalnız Azərbaycan izləri çıxacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
İdman / 11.10.2023 10:23
Turnirə hazırlıq görüşü: “Çəmbərək” – “Loru-Borçalı”- 4:4 - FOTO
Hadisə / 10.10.2023 20:01
Ermənistandakı Azərbaycan qəbiristanlıqlarının taleyi - VİDEO
İdman / 10.10.2023 12:30
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başlayır - FOTO
Müsahibə / 09.10.2023 20:20
“Oğuz xanın məzarı Göyçə gölü ətrafındadır”-MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 08.10.2023 21:35
Azərbaycan məktəblərində Qərbi Azərbaycan tarixi tədris olunurmu? - FOTO - VİDEO
Sosial / 07.10.2023 20:05
Gorusun ən böyük azərbaycanlı kəndi Şurnux - FOTO - VİDEO
Gündəm, Sosial / 06.10.2023 20:01
“Vətənə qayıdanda quruyan bulaqlardan su təzədən gələcək” - FOTO - VİDEO
Dünya, Təhlil / 06.10.2023 16:57
Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL