Dünya 29.03.2020 23:39

Trampın xəbərdarlığı – karantin yox, səyahət – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp  Nyu-York, Nyu-Cersi və Konnektokut kimi koronavirusun geniş yayıldığı ştatlarda karantinin tətbiqinə dair çağırışdan imtina edərək, bunun əvəzinə ciddi səyahət xəbərdarlığı yayılacağını bildirib.

Rakus.az xəbər verir ki, Tramp qərarın Ağ Evdə bu 3 ştatda federal cavab təbirləri həyata keçirən xüsusi operativ qrup və ştat qubernatorları ilə müzakirələrdən sonra verildiyini deyib. Prezident bildirib ki, o, Xəstəliklərə Nəzarət və Prifilaktika Mərkəzinə belə bir xəbərdarlıq hazırlamasına göstəriş verib.

ABŞ dövlət başçısı karantinə ehtiyac olmadığını vurulayıb.

Vitse-prezident Mayk Pens tvit edərək, bu 3 ştat sakinlərinə 14 gün ərzində mühüm olmayan səyahətləri dayandırmağa çağırıb.

Karantinin tətbiqini ştat qubernaatorları irəli sürüb. Lakin ölkə liderləri bunun onsuz da virusun təsirinə məruz qalan insanlar arasında təşviş yayacağından ehtiyat edir.

Endrü Kuomo
Endrü Kuomo

Nyu-York qubernatoru Endrü Kuomo federal hökumətin virusun episentri olan ştatına qarşı müharibə elan etdiyini bildirib. O deyib ki, şənbə günü müzakirələri zamanı karantin perspektivi məsələsi ortaya qoyulmamışdı. Qubernator əlavə edib ki, bu, qanunsuz, iqtisadi baxımdan fəlakətli və digər ştatlarda virusun yayıldığı bir vaxt uzaqgörənlikdən yayınmaq deməkdir.

Fil Mörfi
Fil Mörfi

Nyu-Cersi qubernatoru Fil Mörfi tvit edərək bildirib ki, Tramp və Penslə müzakirələr keçirir və rəhbərlik ştatda qüvvədə olan qaydaları dəyişdirməyib. O hələ də səhiyyə və subermarketlər kimi yerlərin işçilərə ehtiyacı olduğunu deyib.

Konnektikut ştatının qubernatoru Ned Lamont deyib ki, prezidentin karantinlə bağlı dedikləri çaşqınlır yaradır, çaşqınlıq isə panikaya yol açır. Qubernator bildirib ki, bu növ karantin göstərişinin həyata keçirilməsi mümkün olmayacaq. O, Ağ Evin prezidentin nə istədiyiniəaydınlıq gətirəcəyinə ümidini ifadə edib.

ABŞ hazırda 121 min yoluxma halı ilə dünyada birinciliyini saxlayır. Şənbə günü artıq 2 min adamın həyatını itirdiyi bildirilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO