Kriminal 29.03.2020 21:33

Bərdədə baş verən qətl ilə bağlı RƏSMİ AÇIQLAMA

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır”.  

Rakus.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Məlumatda qeyd edilir ki, kütləvi informasiya vasitələrində 26 mart 2020-ci il tarixində Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirməsi və bundan sonra Bərdə Rayon Polis Şöbəsinə təslim olması barədə məlumat öz əksini tapıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq baş vermiş hadisənin dərhal araşdırılması, ailənin azyaşlı uşaqlarının bundan sonrakı taleyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq addımların atılması istiqamətində müzakirə aparıb.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Yaqut Qəhrəmanova, Mərkəzin psixoloqu Ceyran Əhmədova və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun rəhbəri Fəqət Şadlinskayanın iştirakı ilə ailəyə baş çəkilərək, ailənin psixo-sosial vəziyyəti qiymətləndirilib, uşaqların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərə alınıb: “Qətli törədən İsmət Zamanov barəsində həbs edilməklə cinayət işi başlanıb. Uşaqlar hazırda müvəqqəti olaraq nənə və babanın himayəsinə verilib. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı əməkdaşları azyaşlı körpələrin qəyyumluğuna dair məsələlərin həlli üzrə işə cəlb edilib. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq yerli icra hakimiyyətinin monitorinq qrupu birgə fəaliyyətlərini davam etdirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətdə baş verən zorakılıq hallarını təəssüf hissi ilə qeyd edərək, bu hadisələrin qarşısının alınması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırır”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO