Dünya 30.03.2020 15:20

POSTKORONA nə vəd edir – İqtisadçı ekspert Qafar Əliyevin TƏHLİLİ - FOTO

Məlum olduğu kimi, ötən ilin sonlarından başlayan pandemiya bir çox inkişaf etmiş və etməkdə olan, ümumilikdə isə bütövlükdə, dünya iqtisadiyyatına zərbə vurmaqdadır. Amerikan yazıçısı, əslən Livandan olan fəlsəfə elmləri doktoru Nassim Nikolas Talebin “Qara qu quşu” nəzəriyyəsinə əsasən Dünya bu kimi hadisələrə hazır olmaya bilər, və bu kimi hadisələr anidən cərəyan etməklə öz varlığı haqqında hər zaman xatırladır. Bunu bəzən REM (rare event modeling) modeli, yəni təsadüf hadisələr modeli kimi də qəbul etmək olar.

Bu ona dəlalət edir ki, istənilən bir hadisə, və ya iqtisadi durum, sakit templə və ya öz xətti ilə mövcüd olarsa, davam edərsə bu kimi hallar əbədi olmaya bilər. İstənilən model, o cümlədən iqtisadi model özlüyündə bu kimi gözlənilməz hadisələrin baş verəcəyinə ya hazırlıqlı olmalıdır, və ya bu kimi yaşanan hadisələr bir mənalı olaraq qaçılmaz olaraq qalmaqla öz fəsadlarını törətməkdə olmaldır.

Hələ 2008-ci ildə yaşanan dünya maliyyə böhranından bəlkə də bir çox Avropa ökələri hələ də “sağalmamışdılar”, və təkcə onu qeyd etmək lazımdır ki, 2020-ci il üçün proqnpzlaşdırılan 3.1-3.5%lik ümumi Dünya iqtisadi artım meyarı bu gün 2.2-2.3%lik artımla üzləşməkdədir. Bu minvalla davam edən böhranlı vəziyyət bu rəqəmin ilin sonunadək 1.2-1.3%lik artımla müşahidə ediləcəkdir. Bu isə, öz növbəsində tələbin daha da aşağı düşməsinə səbəb olacaqdır. Belə ki, bu gün Yaponiya və Cənubi Koreyada, o cümlədən inkişaf etmiş qərb Avropasında tələb mövcüd bazanın müqabilində 2% azalma ilə müşahidə edilməkdədir, Dünya fond birjalarının aksiyaları mövcüd olacaq baza qiymətləri ilə müqayisədə 20% aşağı qiymətlə satılmaqdadır, və bu şok edici göstəricilər ümumilikdə Dünya iqtisadiyyatının Ümumi Daxili Məhsulunun (ÜDM) ən son həddə enməklə bütövlükdə Asiya-Sakit Okean ölkələrini və Şimal Qütb inkişaf etmiş ölkələrin ÜDM-nin 70%-ni təşkil edəcəkdir ki, bu da mövcüd “domino” nəzəriyyəsinin başlanğıcına dəlalət etməkdir.

İlk növbədə Çin, sonra ABŞ, Yaponiya, Cənubi Koreya və Qərb Avropası “domino” nəzəriyyəsinin canlı “şahidləri” olmaqla böhranlı vəziyyətin fəsadlarını yaşamış olacaqlar. Bütövlükdə, dünya iqisadiyyatının 60%-ni özündə əks etdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ingl.-  Organisation for Economic Co-operation and Development, OECD) üzv dövlətlərinin ticarət dövrüyyəsi təkcə bu ilin sonunadək və 2021-ci ilin ilk rübünədək 3.75-4%-dək azalma ilə müşahidə ediləcəkdir. Təkcə bir faktı qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin həmin dövrü üzrə Çin-də sənaye məhsullarının istehsalı 14%-dək azalmışdır. Bu isə, öz növbəsində milyardlarla dollar dəyərində ölçülə biləcək ticarət dövrüyyəsinə neqativ təsirini bildirməkdədir.

Maliyyə konqlomeratları hesab edilən Goldman Sachs (ABŞ bankı) və Morgan Stanley (2008-ci ilədək bankçılıqla məşgul olan, haliyyədə brokerlik biznesi) bu kimi böhranın 2021-ci ilin əvvəlinədək fərqli mexanizmlə, yəni müsbət məqamlarla üzləşəcəyini proqnoz edirlər. Lakin istənilən halda qeyd etməliyik ki, ABŞ kimi nəhəngin ÜDM 2020-ci ilin sonunadək 0.5%lik artımla, Avrozona 0.9-1.25% artımla, Çin isə 2.1% artımla bu ili tərk etmiş olacaqlar.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, istənilən bir böhranlı vəziyyət ilk növbədə reçessiya (tam durğunluq halı) ilə müşahidə olunur, növbəti stadiyalarda, yəni növbəti pillələrdə qismən artımla və dəyişkən vəziyyətlə müşahidə olunmaqdadırlar.

Sadəcə bir çox amillər mövcüddur ki, burada da neft amili bu gün çox önəmli rol oynamaqdadır. Neftin bir barrelinin yaxın aylarda 20 dollar\barrel olacağı proqnozlaşdırılır. Bu isə ilk növbədə Neft ixrax edən Ölkələr Birliyinin(The Organisation of the Petroleum Exporting Countries, OPEC) maliyyə durumuna istənilən halda neqativ təsirini bildirəcəkdir, yəni bu ölkələrin maliyyə ehtiyyatlarında qaçılmazdır ki, azalmalar müşahidə ediləcəkdir. Neftin qiymətinin yaxın dövr üçün aşağı düşməsi əslində normal haldır, belə ki,əgər ümumi Dünya iqtisadiyyatında artım tempi 2020-ci ilin sonunadək 1.5-1.7% (ötən il bu rəqəm 4%-dək olmuşdur) artımla müşahidə ediləcəksə, bu reallıqdır ki, tələbat enəcək, istehsal sahələrində durğunluq yaşana bilər və bu kimi amillərin təsiri altında neftin qiymətinin düşməsi qəbul ediləndir.

Lakin baş verənlərə optimistik də yanaşılmalıdır, çünki yaşananların hamısı heç də böhranın çıxılmazlığına dəlalət etmir. Axı qəbul ediləndir ki, bir sıra dövlətlər vardır ki, pandemiyaya anidən reaksiya veriblər və bir sıra zəruri ölçülər götürüblər. Misal olaraq biz pandemiyanın episentri hesab edilən Çin dövlətini qeyd edə bilərik. Mart ayının ikinci yarısında etibarən istehsal müəssisələri demək olar ki, 90% gücü ilə işlərini bərpa ediblər, məktəblilər qismən də olsa dərslərə gedirlər, iqtisadi vəziyyət get-gedə müsbətə doğru davam etməkdədir. Avropanın bir sıra dövlətləri də ciddi addımlar atmaqla pandemiyanın yayılmasının qarşısını almaqda işlərini davam edirlər. Götürək ölkəmizi, bu gün danılmaz haldır ki, Azərbaycanda çox ciddi şəkildə tədbirlər görülməkdədir və qeyd edə bilərik ki, mövcüd maliyyə, fiskal siyasət, yetərincə maliyyə ehtiyatlarımız imkan verir və verəcəkdir ki, 2020-ci ili və növbəti illəri də iqtisadi artımla yaşamış olaq. Əlbəttə, danılmazdır ki, gözlənilən və proqnozlaşdırılan artım olmayacaq, bu bir mənalı olaraq qəbul edilməlidir. Çünki neft böhranı da buna təsirini bildirməkdir və aşağı düşən qiymət büdcəmizin tam formalaşmasında çətinliklər yarada bilər. Bunun üçün də hökümət ehtiyyatlar istifadə etməklə gələcəkdə neqativ halların baş verməməsinə dəstək vermiş olacaqdır.

Digər bir məqam da vardır ki, Azərbaycanda da tələbin aşağı düşməsi mümkündür, bu isə digər tərəfdən müsbət tərəfi olaraq bankların faiz dərəcələrinin yenidən nəzərdən keçirilməsinə və daha aşağı hesablanmasına stimul yaratmiş olacaqdır. İstənilən halda keynsçilik nəzəriyyəsi, yəni dövlətin iqtisadiyyatı tənzimləmə mexanizmi gerçəkləşməlidir. Burada isə başlıca rol ya rikardoçuluq nəzəriyyəsinə üstünlük verilməlidir (vergi dərəcələri cari dövr üçün aşağı salınır, və iqtisadi artım baş verdiyi dövrdə artırılır), və monetar, pul siyasətinin bir amili kimi daha da sadələşdirmələrə əl atılmalıdır. Yəni daha doğrüsü miqdarlı, saylı yumşadılma(Quantitative easing-QE, ingl.) pul-maliyyə siyasətindən istifadə edilməlidir. Bu halda da hökümət adında Mərkəzi Bank ciddi tədbirlər görməklə maliyyə-pul siyasətini təznimləmiş olur.

Ümid edirik ki, ölkəmiz bu böhranlı vəziyyətdən maksimum şəkildə minimum itkilərlə üzləşmiş olacaqdır, və müsbət haldır ki, bu kimi təcrübə Azərbaycan kimi ölkələrin iqtisadi immunitetini daha da gücləndirmiş olur.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO