Kilsədən yayılan virus Fransanı bürüdü
Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusun keçən ay Müluz şəhərindəki Yevangelist kilsəsində keçirilən dini mərasimlər zamanı yayıldığını etiraf edib.
Rakus.az xəbər verir ki, Veran “Le Journal du Dimanche” qəzetində ölkəyə təsir edən COVID-19-la bağlı açıqlama verib.
“Yoluxma nöqtəsi Müluzdakı Yevangelist kilsəsi olub. Epidemiya həqiqətən buradan ölkəyə yayılıb”, – deyən Veran hökumətin epidemiyanın səbəb olduğu böhranın idarə edilməsi ilə bağlı narahatlığını düşündüyünü bildirib.
O, ölkəsinin COVID-19-a qarşı tədbirlərdə gecikmədiyini qeyd edib.
“Le Monde” qəzeti virusun Avstriyaya da Yevangelist kilsəsindən yayıldığı barədə xəbər yazıb.
Vyanada yaşayan bir ailənin 17-21 fevral tarixlərində həmin kilsədə təşkil edilən mərasimlərə qatıldığı, fevralın 27-də Belçika vasitəsilə paytaxta qayıtdığı və virus testlərinin müsbət çıxdığı qeyd edilir.
Afrika ölkəsi olan Burkina-Fasoya da virusun bu vasitə ilə yayıldığı bildirilir. Virus mərasimlərdə iştirak edən ən az 1000 nəfərdə aşkar edilib. Bir çox şəhərdə keçirilən həmin ayinlərin ölkədə epidemiyanın yayılmasına səbəb olduğu qeyd edilir.