Rakus.az xəbər verir ki, bunu Pekinin “Caixin” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Uhanda koronavirus qurbanlarının nəşi yandırıldıqdan sonra külü doldurulan qabların sayı həddidən artıq çoxdur.
Rəsmi məlumata görə, Uhanda3 300-ə yaxın insanın pandemiyanın qurbanı olmasına baxmayaraq, qəzet son həftələrdə şəhərə6 500ədəd kül qabının gətirildiyini yazıb.
Bundan başqa, qəzet krematiriyaların qarşısında yaxınlarının külünü götürmək üçün gələn insanlardan ibarət200 metr uzunluğunda sıranın olduğunu da vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.