Dünya 03.04.2020 11:32

BMT “qlobal həmrəylik” qətnaməsi qəbul etdi

BMT Baş Assambleyası Azərbaycanın da həmmüəllifi olduğu qətnaməni qəbul edib.

Rakus.az xəbər verir ki, qətnamə bütün ölkələri koronavirusla mübarizədə birləşməyə çağırır.

Qətnamə “2019-cu ilin koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik” adlanır.

“Baş Assambleya pandemiyanın yayılmasının qarşısını almaq, onun üzərində qələbə qazanmaq məqsədilə fəal beynəlxalq əməkdaşlığa çağırır”, – sənədin mətnində deyilir.

BMT Baş Assambleyası həmçinin ölkələri məlumat, elmi təcrübə və qabaqcıl müalicə metodları üzrə mübadiləyə çağırıb.

Sənəddə qeyd olunur ki, BMT insan hüquqlarına tam hörmət edilməsinin zəruriliyini vurğulayır və pandemiya ilə mübarizədə ayrı-seçkilik, irqçilik, ksenofobiyaya yer ola bilməyəcəyini qeyd edir.

Qətnamənin həmmüəllifləri qismində həmçinin Əfqanıstan, Belçika, Xorvatiya, Kanada, Konqo DR, Gürcüstan, Almaniya, Yaponiya, Qazaxıstan, Pakistan, İsveç, İsveçrə, Ukrayna və s. çıxış edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÜST-nin son rəsmi məlumatına görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 900 306 nəfərdir, 45 693 nəfər isə virusdan ölüb.

Eyni zamanda ABŞ-ın Cons Hopkins Universiteti dünyada koronavirusa yoluxma hallarının sayının 1 002 159-a qədər artdığını, 51 485 insanın pandemiyanın qurbanı olduğunu bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO