Nazarbayev istefa verdi - VİDEO
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.
Rakus.az xəbər verir ki, bunu dövlət başçısı martın 19-da xalqa müraciətində bildirib.
“Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk Prezidenti olmağa imkan verdi”, – N.Nazarbayev deyib. O, nailiyyətlərindən biri kimi Qazaxıstan Respublikası adlı müasir demokratik dövlətin yaradılmasını vurğulayıb.
Dövlət başçısı seçkiləri keçirilənə qədər Qazaxıstan Prezidenti səlahiyyətlərini Parlament Senatının sədri Kasım-Jomart Tokayev yerinə yetirəcək.
Xatırladaq ki, fevral ayında Qazaxıstan Konstitusiya Şurası dövlət başçısı Nursultan Nazarbayevin müraciətinə cavab olaraq ölkənin əsas qanununun respublika Prezidentinə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməyə icazə verdiyini bildirib.