Dünya 16.04.2019 12:28

BP Xəzərdə müqavilənin müddətini uzadır

Xəzər dənizində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi BP bu gün Azərbaycanda qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini əlavə 500 milyon ABŞ dolları dəyərində uzatdığını elan edib.

Rakus.az xəbər verir ki, yeni müqavilə “KCA Deutag” şirkəti ilə SOCAR AQŞ-nin birgə müəssisə olan “Turan Drilling & Engineering Company” MMC ilə imzalanıb. Bu, Xəzər regionunda operator qismində çıxış edən BP şirkətinin yerli tərəfdaşı olan şirkətlə bağladığı digər bir iri müqavilədir.

Bu, BP və tərəfdaşlarının regionda fəaliyyətə başladığı vaxtdan prioritet sahə kimi yerli potensialın yaradılmasına və yerli bazarın gücləndirilməsinə töhfə verməklə, yerli resurslardan istifadənin inkişaf etdirilməsi üzrə həyata keçirdiyi uğurlu strategiyaya söykənir. Bu, həmçinin BP və tərəfdaşlarının hökumət və SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədlərinə uyğundur.

Müqavilə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı olmaqla beş il təşkil edir . BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqi deyib:

“Biz “KCA Deutag” şirkətinin və SOCAR AQŞ-nin birgə müəssisəsi ilə bu müqaviləni imzalamaqdan məmnunluq duyuruq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz “KCA Deutag” şirkətinin beynəlxalq təcrübəsinin və Xəzər regionundakı 20 ildən artıq iş təcrübəsinin SOCAR AQŞ-nin Xəzərə dair dərin bilikləri və Xəzərdə qazma sahəsindəki aparıcı fəaliyyəti ilə birləşməsini alqışlayırıq. BP regiondakı 27 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. Ümid edirik ki, bu yeni müqavilə əməyin təhlükəsizliyi, yerli bacarıqların inkişaf etdirilməsi, xərclərin səmərəliliyi, rəqabətə davamlılıq və qlobal sənaye standartları üzrə götürdüyümüz davamlı öhdəliyimizi dəstəkləyəcək.”

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO