Belarus koronavirusa tabe oldu
Belarus hökuməti koronavirus pandemiyası zamanı özünü təcrid etmək qaydalarını müəyyən edib.
Rakus.az xəbər verir ki, qərara əsasən, Belarus vətəndaşları, COVID-19 diaqnozu qoyulan əcnəbilər, həmçinin, onlarla birinci və ikinci səviyyədə təmasda olanlar özlərini təcrid etməlidir.
Birinci səviyyəyə aid olanlar xəstə ilə son təmas vaxtından 14 gün ərzində, ikinci səviyyəyə aid olanlar isə xəstəliyin əlamətləri olduqda (öskürək, nəfəs darlığı, temperatur, boğaz ağrısı) özünütəcrid tətbiq etməyə məcburdurlar.
Özünütəcrid müddətində mağazaya, aptekə və zibil atmağa getmək istisna olmaqla, insanlar yaşayış yerlərini tərk etməməlidirlər. Evdən çıxarkən maska taxmalı və insanlarla ünsiyyət qurmamalıdır. Özünü təcrid edənlərin hamısına xəstəlik məzuniyyəti verilir. İzolyasiya tələblərinin pozulması halında, müvəqqəti müavinətlər 50 faiz azaldılır.
Son məlumatlara görə, Belarusda 1066 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 13 xəstə ölüb, 77-si sağalıb.