Koronavirusu zərərsizləşdirən 38 antikor müəyyən olundu
Koreya Respublikasından olan tədqiqatçılar yeni növ koronavirusu zərərsizləşdirən 38 antikor təyin ediblər.
Rakus.az xəbər verir ki, Cənubi Koreya Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bu antikorların müsbət xüsusiyyətlərinin yoluxmuş insanların müalicəsində istifadə ediləcəyi bildirilib.
Qeyd olunub ki, araşdırmalar Milli Səhiyyə İnstitutunun və “Celltrion” əczaçılıq şirkətinin laboratoriyalarında aparılıb. Tədqiqatlar zamanı koronavirus xəstələrinin qanından virusu zərərsizləşdirə bilməklə yoluxmuş insanların müalicəsində istifadə edilə bilən antikorlar ayırd edilib.
“Əldə edilən bütün nümunələr, xüsusən də onlardan 14-ü güclü neytrallaşdırma xüsusiyyətlərinə malikdir”, – Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən vurğulanıb.
Eyni zamanda yaxın zamanlarda aşkar edilmiş antikorların müsbət təsirini təsdiqləmək üçün bir sıra əlavə, o cümlədən laboratoriya heyvanları üzərində sınaqlar aparılacaq.