Dünya 13.04.2020 22:07

Latın Amerikasını iqtisadi fəlakət gözləyir – Dünya Bankı

Koronavirus Latın Amerikası və Karib hövzəsi ölkələrində iqtisadi artıma son zərbədir.

Rakus.az xəbər verir ki, bu bölgədə, xüsusilə Çilidə, hələ 2019-cu ilin sonunda yaranmış sosial gərginlik və əsas qida məhsullarının qiymətlərinin düşməsi nəticəsində iqtisadi artım xeyli zəifləyib.

Dünya Bankı tərəfindən bazar günü dərc edilmiş proqnozlara əsasən Latın Amerikası regionu 2020-ci ili ÜDM-in 4,6 faiz azalması ilə başa vuracaq. Amerikaarası İnkişaf Bankı ÜDM-in 1,8 faizdən 5,5 faizə qədər azalacağını proqnozlaşdırır. Bu, regionda ən böyük iqtisadi fəlakət deməkdir.

Regionun böyük ölkələri arasında ən çox zərər çəkən Meksika və Ekvador olacaq (bu ölkələrin hərəsində ÜDM-in 6 faiz azalacağı gözlənilir). Sonrakı yerləri Argentina (-5,2 faiz), Braziliya (-5 faiz), Peru (-4, 7 faiz), Çili (-3 faiz) və Kolumbiya (-2 faiz) tutur. Dominikan Respublikası və Qayana Latın Amerikası regionunda yeganə dövlətlərdir ki, onların iqtisadiyyatının tənəzzül məngənəsindən qaça biləcəyinə ümid var. Bu ümid həmin ölkələrdə bir neçə neft yatağının istismarı ilə bağlıdır.

2021-ci ilə Dünya Bankı 2,6 faiz artım gözləyir. Bu, 2013-cü ildən bəri ən yüksək göstəricidir. Dünya Bankına müvafiq məlumatlar təqdim etməyən Venesueladan başqa, regionun bütün ölkələri inkişafın müsbət vektoruna qayıda biləcəklər. Argentinada ÜDM-in 2,2 faiz artması proqnozlaşdırılır. Ancaq ən sürətli dirçəliş And dövlətlərində olacaq: Peruda iqtisadiyyat 6,6 faiz, Kolumbiyada 3,4 faiz, Ekvadorda isə 3,2 faiz artacaq.

Dünya Bankının proqnozları düz çıxsa, region ölkələri dünya iqtisadiyyatı üçün başıbəlalı 2020-ci ildə COVID-19-un fəsadlarını cəmi 12 ay ərzində azalda biləcək. İki Latın Amerikası dövlətində ÜDM tədricən artacaq: Meksikada 2,5 faiz, Braziliyada 1,5 faiz.

Dünya Bankı Latın Amerikası ölkələrinin hökumət başçılarını maliyyə böhranından yaxa qurtarmaq və cəmiyyətdə ən zəif əlaqələri qorumaq üçün onların sərəncamında olan bütün vasitələrdən istifadə etməyə çağırır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO