Dünya 16.04.2019 20:49

Beynəlxalq cüdo turniri keçirilir - FOTO

 

Cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları arasında III “Raquf Orucov Kuboku” beynəlxalq turniri bu gün start götürüb.

Rakus.az xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunan ənənəvi turnirin iştirakçıları, yerli və xarici klubların nümayəndələri, habelə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Yarış iştirakçıları sonra Sumqayıta yola düşüblər. Şəhər rəhbərliyi və yerli ictimaiyyət tərəfindən hörmətlə qarşılanan turnir iştirakçıları buradakı Şəhidlər Xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirib, onların məzarı üzərinə gül dəstələri düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub.

Anım mərasiminin iştirakçılarına igid zabitin döyüş yolu haqqında məlumat verilib. Azərbaycan Cüdo Federasiyasının rəsmisi Sahib İsmayılov şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. Federasiya nümayəndəsi bildirib ki, şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifəmizdir.

İgid kəşfiyyatçının döyüş yoldaşı, ehtiyatda olan kapitan Rasim Fərşidov isə şəhid polkovnik-leytenant Raquf Orucovla bağlı xatirələrindən danışaraq onun mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildirib. Rasim Fərşidov Raquf Orucovun 2016-cı il aprel ayının əvvəllərində Tərtər istiqamətində gedən döyüşlərdə düşmənin cəbhədə yaratdığı təxribatların qarşısının alınmasında fədakarlıq göstərərək şəhid olmasından, onun bir kəşfiyyatçı kimi həyata keçirdiyi uğurlu əməliyyatlar barəsində ətraflı məlumat verib.

Yarış təşkilatçılarına minnətdarlığını bildirən şəhidin qardaşı Zabil Orucov Qarabağ uğrunda döyüşmüş qəhrəmanların gələcək nəsilə tanıdılmasında bu cür yarışların, tədbirlərin müstəsna rol oynadığını, eyni zamanda hər bir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda böyüməli olduğunu vurğulayıb. Qardaşının 26 il vətənin keşiyində qüsursuz xidmət etdiyini bildirən Zabil Orucov onun şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbir iştirakçılarının çıxışlarından sonra şəhidlərin ruhuna dua oxunub. Sumqayıtdan qayıdan idmançılar turnirin təşkilatçısı – “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunda yarışın Hakimlər Komitəsi üzvlərinin nəzarəti altında çəki qeydiyyatından keçiblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi sabah saat 10.00-dan Bakı İdman Sarayında başlanacaq. Saat 17.00-da isə turnirin rəsmi açılışı keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

Tədbirdə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO