Liviya münaqişəsi və körfəz dövlətləri – TƏHLİL
Qətər Körfəz və Avropa arasında əlaqələri pozmağa çalışan Liviya qüvvələrinin komandiri Xəlifə Həftarın xaricdən silahlarla təmin edilməsinin qarşısının alınmasına çağırıb.
Rakus.az xəbər verir ki, iki həftədir Liviyanın Milli Ordusu şəhərin cənub bölgəsində beynəlxalq ictimaiyyətin tanıdığı Tripoli hökumətinə qarşı silahlı qruplaşma ilə mübarizə aparır.
Paytaxtda ara-sıra artilleriya səslərinin eşidilməsinə baxmayaraq, şəhər küçələri məktəblilərlə, restoranlar isə müştərilərlə doludur.
Xarici qüdrətlər 2011-ci ildə diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkədə hökm sürən anarxiyadan narahatdır.
BMT-nin təxminlərinə görə, münaqişə səbəbi ilə 174 adam ölüb, 756 nəfər xəsarət alıb, 18 min 250 nəfər evindən didərgin düşüb.
Xatırladaq ki, general Həftarı Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı dəstəkləyir. Tripolidə qərargahlanan hökuməti dəstəkləyən Qətər isə Həftara qarşı tətbiq olunan sanksiyaların icrasında israrlıdır.