“Forbes” jurnalı tərəfindən dünyanın ən gənc milyarderi seçilən Kayli Cenner makiyajsız və ayaqyalın şəkildə kameraların obyektivinə tuş gəlib.
Rakus.az xəbər verir ki, ötən ay Kayli Cenner 171 milyon “Instagram” izləyicisinə COVID-19-la mübarizə üçün evdə qalmaq çağırışı edib. Lakin K.Cenner rəfiqəsini ziyarət etmək üçün özü evdən çıxaraq, bu çağırışa məhəl qoymayıb.
Evdən çıxarkən fotoları çəkilən K.Cenneri makiyajsız və ayaqyalın halda tanımaq, demək olar, mümkünsüz olub.