Bu gündən bəzi sahələrin fəaliyyəti bərpa olunur
Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti aprelin 27-dən bərpa edilib.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bu gündən bərpa olunur:
– fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
– kitab satışı
– qəzet satışı
– dəftərxana mallarının satışı
– çap və sürətçıxarma fəaliyyəti
– fotoatelye/fotostudiyalar
– fərdi mənzillərdə təmizlik xidmətləri
– dərzi xidmətləri
– kosmetika və ətriyyat satışı
– geyim satışı
– ayaqqabı və dəri məmulatlarının satışı
– qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
– mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
– kompüter avadanlıqlarının satışı və təmiri
– elektronika və məişət texnikasının satışı
– mebel satışı
– avtomobil satışı
– kimyəvi məhsulların satışı
– gül və bitki məhsullarının satışı
– kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
– gübrə və aqrokimyəvi məhsulların satışı
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.