Gürcüstan hava əlaqəsini bərpa edir
Gürcüstan hökuməti bir sıra qonşu ölkələrlə uçuşların bərpası barədə danışıqlar aparır.
Rakus.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və İnkişaf naziri Natia Turnavaya istinadla xəbər yayıb:
“Koronavirusun yayılması ilə əlaqədar olaraq, martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejimi hökm sürür. Eyni zamanda, bütün istiqamətlərə müntəzəm uçuşlara qadağa qoyulub. Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, qadağa mayın 22-də ləğv ediləcək, ancaq bu, son tarix olmaya bilər.
Artıq düşünürük ki, tələblərə ciddi riayət etməklə müəyyən istiqamətlərdə müntəzəm uçuşları bərpa edə bilərik. Lakin bu, danışıqlar apardığımız ölkələrin iradəsindən və vəziyyətdən asılı olacaq”, – N.Turnava jurnalistlərə bildirib.
İqtisadiyyat Nazirliyinin rəhbəri Gürcüstanın hansı ölkələrlə danışıqlar apardığını açıqlamayıb.
N.Turnava daha əvvəl bildirmişdi ki, Gürcüstan turistlərə qapısını ilk açan ölkələrdən biri olmaq niyyətindədir.
Xatırladaq ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria isə bir müddət əvvəl ölkə sərhədlərinin ilin sonuna qədər açılmasının mümkün olmayacağını demişdi.