Hadisə 13.05.2020 21:00

Karantin qaydaları ilə bağlı ən son MƏLUMATLAR

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində karantin qaydaları ilə bağlı ən son məlumatları açıqlayıb.

Rakus.az xəbər verir ki, o, rayondan Bakıya tibbi müayinəyə gəlməyin şərtləri barədə danışaraq bildirib ki, Bakıya tibbi müayinəyə gəlmək istəyən şəxsləri iki nəfər müşayiət edə bilər. Rayonda yaşayan şəxslər yaşadıqları yerlərdəki tibb müəssisəsindən bildiriş almaqla Bakıya xəstəxanaya gələ bilərlər. Şəxslər qeydiyyatda olduğu rayon mərkəzi xəstəxanasından göndəriş vərəqəsi almalıdır. Bu şəkildə Bakıya tibbi müayinəyə gələ bilər. Eyni zamanda, müayinədən keçməyə gələn şəxsləri iki nəfər yaxın qohumu müşayiət edə bilər. Əsas şərt müşahidə edən şəxslərin yaşının 65-dən yuxarı olmamasıdır”.

SMS icazə müddəti bitən vətəndaşlara güzəşt varmı?

Onun sözlərinə görə, yollarda heç bir tıxac olmadığından vətəndaş bu müddət ərzində öz işlərini sərbəst yerinə yetirə bilir: “Xüsusi karantin rejimi qaydalarına görə, vətəndaşlara küçəyə çıxması üçün üç saat icazə verilir. Ola bilər ki, həkim müayinəsi zamanı üç saatlıq icazə müddəti bitər. Bu halda şəxs həkim arayışı əsasında rahat yaşayış yerinə qayıda bilər. Digər hallarda isə vəziyyətə uyğun qərar verilir. Üç saat tamam olubsa, 5-10 dəqiqə gecikmə varsa, evləri 50 metr aralıdadırsa, bu halda güzəşt edilir.

Ümumiyyətlə, polis əməkdaşlarının vəzifəsi vətəndaşları cərimələmək yox, onların sağlamlıqlarını qorumaqdır. Bunu birmənalı şəkildə bilmək lazımdır”.

Postların sayı azalmayıb, yerləri dəyişdirilib

O bildirib ki, DİN-in bütün orqanları xüsusi karantin dövründə gücləndirilmiş iş rejimində çalışır: “Paytaxt ərazisində postların sayı azalmayıb. Sadəcə olaraq, postların yerləri nəqliyyat vasitələrinin intensiv hərəkətinə uyğun olaraq müvafiq qaydada dəyişdirilib. Bununla yanaşı, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda da xüsusi karantin qaydaları çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti mayın 31-dək eyni qaydada davam etdiriləcək”.

DİN rəsmisindən obyekt sahiblərinə ÇAĞIRIŞ

“Hər bir obyektdə iş başlayanda və yekunlaşdırılanda dezinfeksiya işləri aparılmalıdır. Restoranlarda masalar arası məsafə iki, stullar arası isə bir metr olmalıdır: “Bərbərxanalarda, gözəllik salonlarında da işçilər və müştərilər tibbi maskalardan istifadə etməlidirlər. Karantin qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Bir nəfərin bu qaydaları pozması həm özü, həm də digər şəxslər üçün risk olur. Bu səbəbdən insanlar arasında yoluxmaların sayını azaltmaq üçün metodiki göstərişlərə əməl etmək lazımdır”, – DİN rəsmisi vurğulayıb.

Qaydaları pozan 20 ictimai iaşə obyekti cəzalandırıldı 

“Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda restoranların fəaliyyəti karantin müddəti bitənədək qadağandır. Təəssüf ki, monitorinqlər zamanı karantin qaydalarını pozaraq, qanunsuz fəaliyyət göstərən obyektlər müəyyən edilib. Sözügedən şəhərlərdə qaydaları pozaraq, fəaliyyət göstərən 20-yə yaxın ictimai iaşə obyekti müəyyənləşib. Obyekt sahibləri haqqında inzibati qaydada tədbirlər görülüb”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO