COVID-19 bəlkə də heç vaxt qurtarmayacaq – TƏHLİL - FOTO
Dünya boyu insanların koronavirus nə vaxt qurtaracaq sualının cavabında mütəxəssislər bəlkə də heç vaxt deyirlər.
Rakus.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə günü dünyada 4.3 milyon insanın yoluxduğu yeni virusun, QİCS virusu kimi ola biləcəyini və insanların onunla yaşamağı öyrənməli olacağı barədə xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru Mayk Rayan Cenevrədə virtual mətbuat konfransı zamanı deyib ki, peyvənd tapılsa belə, virus cəmiyyət içərisində qala bilər.
“GİCS getmədi, lakin biz virusla anlaşdıq” deyib doktor Rayan.
Dünyanın 100-ə yaxın təşkilatı koronavirus peyvəndi üzərində işləyir. Ümumdünya Səhiyyə Təşkilatı rəsmisinin dediyinə görə, virusa qarşı peyvənd tapılsa belə, bunun üçün böyük səylər gərək olacaq.
Bu arada Kaliforniyada fəaliyyət göstərən Gilead dərman şirkəti Remdesivir markası ilə antiviral Veklury dərmanı hazırlayıb. Şirkətin COVID-19 müalicəsinə kömək edən bu dərmanı 127 ölkədə satışa çıxarılıb.
Dünya boyu həftələr və ya aylarla qapalı şəraitdə qalan insanlar normal həyatlarına qayıtmağa can atır, lakin pandemiyanın azaldığını göstərən heç bir əlamət yoxdur.
Yeni Zelandiya və Tailand kimi bəzi ölkələr, çərşənbə günü yeni yoluxmanın olmadığını, Avstraliya vəziyyətin daha yaxş olduğunu bildirib. Virusun daha ağır zərbəsinə məruz qalan İtaliya və İspaniya yeni yoluxma hallarının sayının azaldığını xəbər verib.
Lakin Rusiya son 11 gündə gündə 10 mindən çox yeni yoluxma halı barədə məlumat verib. Yoluxma hallarına görə Rusiya ABŞ-dan sonra ikinci yerdədir. Ölkənin baş naziri və prezidentin mətbuat katibi hazırda COVID-19-dan müalicə olunur. Vəziyyətin pisləşə biləcəyinə dair qorxular mövcuddur, belə ki, çərşənbə axşamından bəri ölkədə iş başlanıb.
ABŞ-ın virusologiya üzrə baş mütəxəssisi, doktor Entoni Fauçi ictimaiyyətə və ölkə liderlərinə karantinin tez bir zamanda ləğv edilməsi və iş yerlərinin yenidən açılması təhlükələri barədə xəbərdarlıq edib. Fauçi çərşənbə axşamı Senatdakı dinləmərlədə məhdudiyyətlərin vaxtından əvvəl qaldırılmasının virusa nəzarətin qeyri-mümkün olmasına səbəb ola biləcəyini deyib.