İraqda 6 terrorçu həbs edildi
İraqın Əl-Anbar vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində 6 nəfər İŞİD terror qruplaşmasının üzvü həbs edilib.
Rakus.az xəbər verir ki, bu barədə İraqın Kəşfiyyat Nazirliyinin açıqlamasında bildirilib.
İŞİD terror təşkilatının İraq ərazisində dağıdılmasına baxmayaraq, bəzi vilayətlərdə qalan kiçik qruplar terror aksiyası törətməyə cəhd edirlər. Bu kimi halların qarşısını almaq məqsədilə Əl-Anbar vilayətində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı terrorçularla silahlı toqquşma baş verib və 6 nəfər terrorçu həbs edilib. Terrorçuların gizləndiyi yerlərdə aparılan axtarş nəticəsində silah-sursat və partladılması nəzərdə tutulan ərazilərin xəritəsi aşkar edilərək götürülüb.
Açıqlamada nəzərə çatdırılıb ki, həbs olunan terrorçular dindirilir.