Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.
Rakus.az xəbər verir ki, “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisində “Saipa” və “Opel” markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı “Saipa”nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.
Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə.
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar.
10:02
Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rakus.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb.
Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xatırladaq ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.