Dünya 02.06.2020 23:39

Floydun ölümü- Trampın səfərbərlik çağrışı – TƏHLİL - FOTO

AĞ EV – Zorakı nümayişçilərin “ölkədaxili terror aktları” törətdiyini deyən ABŞ Prezidenti Donald Tramp bazar ertəsi axşam “ölkə boyu yayılan özbaşınalığa və iğtişaşlara son qoyacağını” vəd edib.

Rakus.az xəbər verir ki, Tramp deyib ki, o, “qanuna riayət edən amerikalıların hüquqlarını qorumaq, dağıntı və yanğınlara son qoymaq, iğtişaşları və qarətləri dayandırmaq naminə mülki və hərbi bütün mümkün federal resurslardan” istifadə edəcək.

Prezident danışmazdan bir neçə dəqiqə öncə Ağ Evin Qızılgül Bağında toplaşmış jurnalistlər yaxınlıqdakı Lafayette Parkında iğtişaş polisinin atdığı gözyaşardıcı qaz partlayışlarının səslərini eşidiblər.

Parkda əllərində qalxanlar tutmuş iğtişaş polisi dinc nümayişçiləri geri itələyib.

Rezin güllələrdən istifadə olunub və süvari polis əraziyə cəlb olunub.

İğtişaş polisi hərəkətə komendant saatı 19:00-da qüvvəyə minməzdən yarım saat öncə keçib.

Ağ Evdən bir qədər aralıda yerləşən Sent Con kilsəsinin ətrafı nümayişçilərdən təmizləndikdən az sonra Tramp kilsəyə doğru addımlayaraq taxta lövhələrlə örtülmüş kilsənin qarşısında əlində İncil tutub.

Bazar günü axşam ABŞ prezidentlərinin adətən getdikləri Yepiskop kilsəsinin zirzəmisində yanğın törədilib.

“Əgər şəhər, yaxud ştatlar öz sakinlərinin həyat və mülkiyyətini qorumaq üçün lazımi addımlar atmaqdan boyun qaçırırsa, onda mən Birləşmiş Ştatlar hərbi qüvvələrini cəlb edərək onlar üçün problemi həll edəcəyəm”, – Tramp Qızılgül Bağındakı bəyanatında Üsyan Aktına eyham vurub.

Paytaxt Vaşinqtonda nümayişçilər polis zorakılqlarına və sistemik irqçiliyə etiraz edir.
Paytaxt Vaşinqtonda nümayişçilər polis zorakılqlarına və sistemik irqçiliyə etiraz edir.

1807-ci ildə qəbul edilmiş qanun fövqəladə hallarda prezidentə iğtişaşları yatırmaq səlahiyyətləri verir.

“Prezident Trampın ‘Üsyan Aktına’ istinad etmək qərarı və onun qızışdırıcı ritorikası sübut edir ki, o bizə təlatümlü vaxtlarda rəhbərlik edə və ölkəni birləşdirə bilməz. Əvəzində o, təhlükə hesab etdiyi kəslərə qarşı qüvvədən istifadə etməyə qərar verib,” deyə Konqresdə Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit (D) bildirib.

Prezident Orduya hərbi polis batalyonlarını Vaşinqtonda yerləşdirmək göstərişi verib. Xüsusi statuslu Kolumbiya Mahalı adlanan paytaxt Vaşinqton yeganə məkandır ki, hərbi qüvvələr burada ştat qubernatoru ilə məsləhətləşmədən yerləşdirilmə səlahiyyətinə malikdir.

İğtişaş polisi etirazçıları Lafayette Parkından çıxarır.
İğtişaş polisi etirazçıları Lafayette Parkından çıxarır.

Trampın son addımı o, üç il yarım öncə prezident olduqdan bəri ən aşkar əzələ nümayişi kimi dəyərləndirilir.

“Biz diktaturanın astanasındayıq,” deyə CNN teleaprıcısı Don Lemon Trampın bəyanatından az sonra bidirib. “Hesab edirəm ki, prezident burada çox, çox təhlükəli bir oyun oynayır.”

Günün əvvəlində Tramp və yüksək rütbəli administrasiya rəsmiləri ştat qubernatorlarını etirazçılar qarşısında zəiflik göstərməkdə ittiham ediblər.

Minneapolisdə polis zorakılığı nəticəsində həyatını itirmiş afro-amerikalı Corc Floyd bütün ABŞ boyu nəhəng etiraz dalğasının simvoluna çevrilib.
Minneapolisdə polis zorakılığı nəticəsində həyatını itirmiş afro-amerikalı Corc Floyd bütün ABŞ boyu nəhəng etiraz dalğasının simvoluna çevrilib.

Tramp qubernatorları və şəhər merlərini əllərində olan hərbi resurslardan istifadə etməməkdə günahlandırıb.

Digər tərəfdən Tramp afro-amerikalı Corc Floydun polis rəftarı nəticəsində ölməsindən sonra baş qaldıran qəzəb dalğasının qarşısını almaq üçün təskinçi ton sərgiləməməkdə ittiham olunur.

ABŞ boyu nümayişlər ötən çərşənbə axşamından bəri 46 yaşlı Corc Floydun Minneapolisdə polis zabiti tərəfindən öldürülməsindən sonra baş qaldırıb.

Nümayişçilər polisin qaradərili qadın və kişilərə qarşı qəddar rəftarına etiraz etməklə yanaşı ABŞ-da sistematik iqrçiliyə qarşı çıxıb.

Floydun ölümünə səbəb olan Minnesota ştatının polis zabiti Derek Çauvin 3-cü dərəcəli qətl ittihamı ilə həbs edilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO