Qadın senator kameranı unutdu və çılpaq soyundu - FOTO
Meksikalı senator Marta Lusia Mişer “Zoom” proqramı vasitəsilə həmkarları və jurnalistlər arasında edilən iclas zamanı kameranın açıq olduğunu unudub paltarını dəyişdirib.
Hadisədən sonra üzr istəyən Mişer bu sözləri söyləyib:
“Bilmədən vücudumun özəl yerlərini göstərdiyim üçün peşman deyiləm. Qadın bədəninin cinsi obyekt kimi görülməsinə qarşıyam. 66 yaşında bir qadınam. Üç övladım var, üçü də yaxşı yerlərdədir. Üç uşaq əmzirdiyim üçün bədənimin forması yerində deyil, amma buna görə utanmıram. Bədənimlə qürur duyuram. 40 ildir insan haqqları üçün mübarizə aparıram”.
Bir çox senator və siyasətçi onun açıqlamasını sosial mediada paylaşaraq Mişerə dəstək olub. İclasdan fotonu kimin çəkib yayması barədə isə məlumat yoxdur. Parlament sözçüsü hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.