“Gecə saatlarından başlayaraq, xidmətə cəlb olunan əməkdaşlarımız paytaxtın inzibati ərazisinə aid olan bütün küçə, prospekt və yollar tam nəzarətə götürülməklə xidmətlərini davam etdirirlər”.
Rakus.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, sərtləşdirilən məhdudlaşdırılma tədbirləri çərçivəsində daxil olan bütün müraciətlərə həssas yanaşılır:
“Köməyə ehtiyacı olanlara dərhal və vaxtında müvafiq köməklik göstərilir. Bu saata qədər onlarla tibbi müdaxilə zərurəti yaranması ilə bağlı daxil olan müraciətlər üzrə həmin şəxslər xəstəxanalara çatdırılıblar”.