Dünya 06.06.2020 23:39

Nazirlər istefaya gedir – Putin Paşinyanı araşdırır- TƏHLİL - FOTO

Yaxın günlərdə Ermənistan hökumətində dəyişikliklər gözlənilir.

Rakus.az xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Qraparak” qəzeti yazıb.

Bildirilib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın masasında azı 3-4 istefa ərizəsi var: “Ölkədə yaranmış gərginliyi azaltmaq məqsədilə hökumətin tərkibində dəyişiklik olacaq. Dəyişdirilənlər arasında baş nazirin müavini Tiqran Avinyan, əmək və sosial məsələlər üzrə nazir Zarui Batoyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan və səhiyyə naziri Arsen Torosyanın adları var”.

“Bir tərəfdən Nikol Paşnyan öz qürurunu aşaraq onları qalmaları ilə bağlı dilə tutmaq istəyir. Digər tərəfdən isə yaranmış gərginliklə bağlı “günah keçisi”nə ehtiyac var. Ona görə də Paşinyan hesab edir ki, düşən reytinqini bərpa etmək üçün hökumətin uğursuzluğunu onların üzərinə yıxmaq pis olmazdı”, – qəzet yazıb.

Bu arada Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır.

Ermənistanda çıxan “İrates” qəzeti yazıb ki, ü`ükoronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret dolu təyyarəni müsadirə etmiş Rusiya barəsində bunu demək çətindir”.

Bildirilib ki, federasiyanın təhlükəsizlik xidmətinin etibarlı mənbələri bu barədə diqqətəlayiq məlumatı verib: “Qaçaqmal siqaret işi Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Dərin və hərtərəfli araşdırma aparılır. Bu işdə Nikol Paşinyanla yanaşı, daha 17 nəfərin adı hallanır”.

Qəzetin “bunu niyə ətraflı danışmırlar” sualına cavab olaraq vurğulanıb “Hər şeyin vaxtı var, körpələr 9 aydan sonra dünyaya gəlir. Rusiya üçün Nikol Paşinyan deyil, Ermənistan tərəfdaş dövlət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkədir. Paşinyanın KTMT-yə qarşı atdığı addımları, Rusiyanı hansı vəziyyətə qoyduğunu başa düşməməsi öz problemidir”.

“Ermənistandan siqaret qaçaqmalçılığının gizlədilməsi üçün bir adam Rusiyaya göndərilib” sualına mənbə cavab olaraq deyib: “Getdi, ancaq heç nə edə bilmədi”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO