Milli Futbol Liqasının (NFL) sabiq oyunçusu Riçard Kolduell ABŞ-ın Florida ştatındakı Tampa ştatında güllələnib.
Rakus.az xəbər verir ki, bu barədə 41 yaşlı idmançının sevgilisi TMZ-yə açıqlama verib.
O, Kolduellin kolluqdan çıxan iki nəfərin mühasirəsinə düşdüyünü bildirib. Silahlılar keçmiş futbolçunun əlinə və ürəyinə atəş açıblar. Yara o qədər ağır olub ki, idmançı xəstəxanaya aparılarkən təcili yardım maşınında keçinib.
Xatırladaq ki, Riçi Kolduell 2002-ci ildə NFL draftında ikinci raundda seçilib. O, Liqada “San Dieqo Çarcers” (hazırda “Los-Anceles Çarcers”), “Nyu-İnqlend Petriots”, “Vaşinqton Redskinz” və “Sent-Luis Rems” (hazırda “Los-Anceles Rems”) klublarının formasını geyinib.