Elm və təhsil 20.06.2020 11:34

Baş nazir mühafizə xidmətinin təşkili ilə bağlı QƏRAR imzaladı

Baş nazir Əli Əsədov “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”nı təsdiq edib.

Rakus.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Bu Qayda təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.

Həmçinin, qaydalar xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili

Dövlət ümumi təhsil müəssisəsində (bundan sonra – obyektlər) mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri (bundan sonra – mühafizə hissələri) tərəfindən “həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.

Obyektlərin mühafizəsi mühafizə hissələri tərəfindən “həyəcan” siqnalizasiya sistemi vasitəsilə obyektlərə, orada çalışan pedaqoji və texniki heyətə, təhsilalanlara, habelə mühafizə xidmətinin əməkdaşlarına edilə biləcək hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə polis naryadının çağırılması üçün həyata keçirilir.

“Həyəcan” siqnalizasiya sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

– məlumatvermə sistemləri;

– nəzarət-qəbuledici cihazı;

– radioötürücüyə qoşulan “həyəcan” siqnalizasiyası şleyfi.

“Həyəcan” siqnalizasiya şleyfi aşağıdakı tərkib hissələrindən ibarətdir:

– əyləc;

– düymə;

– açar;

– brelok.

Qeyd olunan “həyəcan” siqnalizasiya sisteminin tərkib hissələri obyektlərdə Baş Mühafizə İdarəsi tərəfindən müəyyən edilən tələblərə uyğun müvafiq yerlərdə, o cümlədən istehsalçının təyin etdiyi qaydada quraşdırılır.

Şleyfə qoşulan əyləc elə quraşdırılmalıdır ki, ayaq və ya dizlə kənar şəxslər tərəfindən hiss olunmadan işə salınması mümkün olsun. Şleyfə qoşulan hissələr işə salınarkən hər hansı bir səs verməməli və yaxud bu səs eşidilməz dərəcədə olmalıdır. Şleyfə qoşulan hissələr görünməməli, maksimum gizli şəkildə quraşdırılmalıdır.

Obyektlərin “həyəcan” siqnalizasiya sistemlərinin köməyi ilə müşahidə olunması üçün “həyəcan” siqnalizasiya şleyfi birbaşa siqnalizasiya sistemlərinin son qurğusu (telefon kanalı, radiokanal qurğuları və s.) vasitəsilə Mərkəzi Mühafizə Məntəqəsinə qoşulur və daimi enerji ilə təmin olunması üçün əlavə qida mənbəyi (UPS) quraşdırılır. Mərkəzi Mühafizə Məntəqəsi fəaliyyət göstərməyən inzibati ərazi bölgüsündə olan obyektlərdə quraşdırılmış “həyəcan” siqnalizasiya sisteminin çıxışı xüsusi rabitə vasitələri ilə yaxınlıqda olan polis postunda quraşdırılmış nəzarət-qəbuledici cihazının ayrıca zonasına qoşulur. Obyektlərdə quraşdırılmış “həyəcan” siqnalizasiya sistemlərindən istifadə üçün müəssisənin rəhbəri tərəfindən müvafiq əmrlə müəssisə əməkdaşları sırasından aidiyyəti məsul şəxs (şəxslər) təyin edilir.

“Həyəcan” siqnalizasiya sistemi üzrə məsul şəxsin (şəxslərin) vəzifələri aşağıdakılardır:

– obyektdə baş verə biləcək hər hansı hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə “həyəcan” siqnalizasiyasının işə salınması;

– “həyəcan” siqnalizasiya sisteminin obyektdə quraşdırılmış mexanizmlərinin qorunub saxlanılması;

– sistemin yerləşdiyi yer barədə məlumatın qorunub saxlanılması;

– sistemin vəziyyəti barədə müəssisə rəhbərinin mütəmadi məlumatlandırılması.

Məsul şəxs (şəxslər) sistemin zərurət olmadan işə salınmasına görə məsuliyyət daşıyır. Polis naryadı “həyəcan” düyməsinin köməyi ilə müşahidə olunan obyektlərdən “həyəcan” siqnalı barədə məlumat aldıqda, hadisə yerinə gizlin yaxınlaşmalı, qanun pozucusu aşkar olunduqda özünün, obyektdə olan işçilərin və vətəndaşların təhlükəsizliyini təmin etməklə, onun zərərsizləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət etməlidir.

Özəl və bələdiyyə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili

Özəl və bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri və ya özəl mühafizə müəssisələri tərəfindən “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO