Parisdə çirkab sularda virus aşkarlandı
Fransalı tədqiqatçılar Parisdə koronavirus epidemiyasının mümkün qayıdışı ilə bağlı xəbərdarlıq edib. Onlar özünütəcrid rejiminin ləğvindən sonra ilk dəfə çirkab sularında virus izləri aşkarlayıblar.
Rakus.az xəbər verir ki, Fransanın “Le Monde” qəzeti yazıbki, “Inserm” Tədqiqat İnstitutunun əməkdaşları martın 5-dən 23-dək ölçmələr aparıb və bunun nəticələrini hökumətin xəstələrin sayına dair məlumatları ilə müqayisə edib. May ayının ortalarında, özünütəcrid rejimi qaldırıldıqda çirkab sulardan götürülmüş nümunələrin heç birində koronavirus izləri aşkarlanmayıb. Ancaq iyunun 22-dən 25-dək olan müddətdə götürülmüş 12 nümunədən 6-da virusun zəif əlamətləri aşkar edilib. Bundan bir həftə sonra nümunələrin nəticəsi təsdiqlənib.
Fransa paytaxtının su təchizatı ilə təmin edilməsinə cavabdah olan “Eau de Paris” təşkilatından belə metodun əhalinin sağlamlıq vəziyyətini qismən əks etdirə biləcəyi vurğulanıb. İş ondadır ki, virus insan tullantılarında yoluxmadan bir neçə gün sonra, hələ simptomlar üzə çıxmamış görünür. İndi regional səhiyyə agentliyi “Eau de Paris” ilə birlikdə əldə edilmiş nəticələrin təhlili üçün metodologiya, eləcə də məlumatların toplanmasını təkmilləşdirmək variantları hazırlamağa çalışır. O cümlədən virusun suya daxil olduğu əraziləri daha dəqiq müəyyənləşdirmək üçün kanalizasiya sisteminin müxtəlif nöqtələrində ötürücülər quraşdırmaq variantı nəzərdən keçirilir.