Birdəfəlik maskalar ətraf mühitə təhlükədir – RƏY
COVID-19-dan qorunmaq üçün geniş istifadə olunan birdəfəlik maskalar ətraf mühitə təhlükədir.
Rakus.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində işlənmiş qoruyucu maska, tibbi əlcək və s. tibbi ləvazimatdan ibarət tullantıların artması, o cümlədən bunların dənizlərə atılması get-gedə ciddi ekoloji problemə çevrilir.
Alimlərin rəyinə görə, buna qarşı təcili tədbir görülməsə, ekoloji fəlakətlə üz-üzə qala bilərik. Belə ki, Yaponiya sahillərini zibilləyən birdəfəlik maskalar artıq dənizdən qaldırılan balıqçı torlarından tez-tez çıxmağa başlayıb.
Honkonqda yerləşən “OceansAsia” təşkilatı birdəfəlik maskalardan uzunmüddətli maskalara keçməyi tövsiyə edir: “Mikroplastikdən ibarət üz maskasının parçalanıb çürüməsi yüzillərlə vaxt aparır. Yeri gəlmişkən, həmin mikroplastik maddəsi insanların qidalandığı dəniz balıqlarında, habelə dəniz duzunda da tez-tez rast gəlinir”.