Dünya 23.07.2020 14:26

Azərbaycanlılar daha 20 ölkədə aksiya keçirəcək

“Daha 20 ölkədə Ermənistanın hərbi təxribatına qarşı etiraz aksiyası keçiriləcək”.

Rakus.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, soydaşlarımızın vətənpərvərlik hissi çox yüksəkdir: “Onlar daim yaşadıqları ölkələrdə aksiyaları davamlı keçirmək istəyirlər. Bütün qüvvə və vasitələr səfərbər olunub. İzdihamlı yürüş və tədbirlərin keçirilməsi planlaşdırılır. Aksiyalarla yanaşı, 20-ə yaxın ölkədə mətbuat konfransları keçirilir. Eyni zamanda maarifləndirmə tədbirləri də həyata keçirilir”.

Onun sözlərinə görə, iyulun 12-də sərhədin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatdan dərhal sonra xaricdə yaşayan soydaşlarımız tam şəkildə səfərbər oldular və Ermənistanın təxribatına qarşı etiraz aksiyaları başlanıldı:

“Etiraz akiyaları ilə yanaşı soydaşlarımız Azərbaycan Ordusuna, Prezident İlham Əliyevə də dəstək aksiyaları keçiriblər: “Ümumilikdə bu günə kimi 25 ölkədə 56 aksiya keçirilib. Bütün aksiyalar keçirilməzdən öncə soydaşlarımız yaşadıqları ölkədə aidiyyatı qurumlardan icazə alıb, zaman və məkan razılaşdırılıb. Bu tədbirlər dinc və sivil formada keçirilir. Sözsüz ki orada müəyyən şüarlar səsləndirilir, mesajlar verilir. Ermənistan tərəfindən tapşırılqlar və təlimatlar əsasında beynəlxalq terror təkilatları adlanan xüsusi qruplar tərəfindən bizim soydaşlarımıza qarşı təxribatlar törədilir. Yandırıcı, partlayıcı ləvazimatlarla, şüşə və daşla soydaşlarımıza hücum edirlər.

Bizdə təəssüf doğuran odur ki. niyə təxribat baş verən ölkələrdə hüquq-mühafizə orqanları buna dərhal reaksiya vermir, qarşısı alınmırlar. Onların gözü qarşısında bu tədbirlər keçirildi, amma reaksiya yoxdur. Ümid edirik ki, hüquq-mühafizə orqanları bu işə lazımı qiymət verəcəklər və həmin insanlar cəzasını alacaqlar. Azərbaycanlıların 26 ölkədə 11 kordinal şuraları təsis olunub və minlərlə insanı öz ətrafında birləşdiirb. 10-a yaxın Azərbaycan evləri mövcuddur. Bu evlər və bütün oradakı soydaşlar səfərbər olaraq yürülərdə, mitinqlərdə iştirak edirlər. Biz onlara təşəkkür edirik. Dövlət Komitəsi olaraq onların yanındayıq, hər zaman dəstək verməyə hazırıq”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO