Dünya 28.07.2020 23:39

Terror siyasəti: İran “əkdiyini biçir”

Son zamanlarda İranda dalbadal partlayışlar baş verir.

Baş verən hadisələrlə bağlı müxtəlif fikirlər var. Bunu təsadüf sayanlar da, müəmmalı hesab edənlər də.

Bəzi ekspertlər hesab edir ki, baş verəın hadisələr rejim daxilində yaranmış ziddiyyətlərin nəticəsidir.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında deyib ki, İranın zamanında başqalarına etdiyi hərəkətlər indi özünə qarşı edilir:

“Heç nə təsadüf olmur. Bütün sosial hadisələrin bir- biri ilə bağlı olan tərəfləri var. İran hakimiyyəti terror siyasəti üzərində qurulub. ABŞ-ın keçmiş Prezidenti Corc Buş əbəs yerə İranı digər müttəfiqləri ilə birgə “şər üçbucağı” adlandırmayıb. İran ABŞ səfirliyinin əməkdaşlarını 444 gün girov saxlayıb. İsrailin Argentinadakı səfirliyinin mədəniyyət mərkəzini partladılmasında təqsirləndirilənlər arasında İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin adının hallanması təsadüfdürmü? Yaxud xaricdə baş verən partlayışlarda İran hakimiyyətinin əlinin olması iddiası boşunadırmı? Fikrimcə, bunlar hamısı əlaqəlidir və bumeranq effektidir. Yəni zamanında İran hakimiyyəti necə davranıbsa, bu gün onun qarşılığını alır. İran hakimiyyəti bölgədə və dünyada terrorçu rejim kimi tanınır. Hətta onun güvəndiyi ən böyük hərbi təşkilatı- İnqilab Keşikçiləri Qvardiyasını ABŞ terrorçu elan edib. Yəni bir ölkənin ən güclü hərbi təşkilatı, dövlət və siyasi xadimlərinin adları müxtəlif terror aksiyalarında, terror hücumlarında hallanırsa, həmin ölkədə baş verən partlayışlar təsadüfi ola bilməz. İran hakimiyyətini sevməyənlər var. Səbəb isə zamanında İran rejiminin həmin şəxslərə və ya ölkələrə ziyan vurmasıdır. Ona görə də İrana qarşı adekvat addımlar atılmalı idi. Bu partlayış da həmin adekvat addımların nəticəsidir. İran rejimini sevməyənlər həm daxildə, həm də xaricdə var. İranda ayrı-ayrı insanların təhlükəsizliyi artıq təhdid olunmağa başlayır. Bu partlayışlar İranda müxtəlif ictimai yerlərdə baş verə bilər. Əgər nüvə obyektləri və ya müxtəlif strateji stansiyalar hədəf alınırsa, yenə də dolayısı ilə İran vətəndaşlarının təhlükəsizliyi təhdid olunur. Çünki nüvə obyekti partlayarsa, ətraf ərazi şüalanar və vətəndaşlar bu şüalanmaya məruz qalar. Elektrik stansiyası partladılarsa, həmin bölgədə işıq olmaz və xəstəxanalarda problemlər yaranar. Yəni həyati əhəmiyyətli obyektlərdə partlayışlar baş verir. Bütün bunların hamısının məqsədi Tehran hakimiyyətini çökdürmək, ona ölkə vətəndaşlarının etimadını azaltmaqdır”.

Ekspert hesab edir ki, milli valyutanın ucuzlaşması da İranda problemləri dərinləşdirir: “Digər tərəfdən tümənin dollar qarşısında dəyərdən düşməsi İran iqtisadiyyatını çökdürür. İqtisadiyyatın çökməsi isə sosial etirazlarla nəticələnər. Bununla da hakimiyyətin bacarıqsızlığını ifadə edən etiraz aksiyaları başlana bilər. Bunu kimin etməsi bizə maraqlı deyil. Lakin nəticə budur ki, tümən dəyər itirir və İranda etirazlar artır. Yəni tümənin ucuzlaşması nədirsə, partlayışların da anlamı odur. Silsilə partlayışlar bir sıra problemlər yaradır. Belə ki, bu partlayışlar nəticəsində əhalinin təhlükəsizliyi təmin olunmur, ona maddi ziyan dəyir, əhali arasında xof yaranır və xaosa səbəb olur. Nəticədə, bütün bunların hamısı hansısa mərkəzdən, yaxud ölkədəki hansısa siyasi qüvvə tərəfindən ələ alınır və etiraz aksiyası keçirilir. Beləliklə mövcud hakimiyyət və ya hökumət istefaya göndərilir. İqtisadiyyatda eyni ardıcıllıq keçərlidir. Yəni bütün bunlar hamısı İranda hakimiyyətin zəiflədilməsinə təsir edən amillərdir”.

Əli Bədir – Cebhe.info

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO