Dünya 05.08.2020 10:20

Beyrutdakı partlayışda 100 nəfər öldü – YENİLƏNDİ - FOTO - VİDEO

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölənlərin sayı 100-ü ötüb.

Rakus.az xəbər verir ki, bu barədə məlumatı Livanın Qırmızı Xaç Cəmiyyəti yayıb.

02:09

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub.

Rakus.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Hamad Hasan açıqlama verib.

O bildirib ki, partlayışlar zamanı 3,7 mindən çox insan xəsarət alıb.

5 avqust\00:10

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Rakus.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, üç min nəfərə yaxın insan da xəsarət alıb.

Ölənlərin arasında tibb işçiləri və həkimlər də var. Artıq paytxatdakı bütün xəstəxanalar dolub.

Yaralılar yaxınlıqdakı bölgələrin xəstəxanalarına aparılır.

23:13

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.

Rakus.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

21:44

Beyrutdakı şiddətli partlayışda ən az 10 nəfər həlak olub.

Rakus.az xəbər verir ki, hadisə nəticəsində yüzlərlə insan yaralanıb. Onlarla ev, bina, avtomobil zərər görüb.

Ölənlərin sayının artacağı istisna olunmur.

19:51

Livanın paytaxtı Beyrutda liman yaxınlığında dəhşətli partlayış olub.

Rakus.az xəbər verir ki, partlayış Beyrut limanının 12-ci blokunda baş verib.

“Al Mayadeen” kanalı isə xəbər yayıb ki, partlayış pirotexniki vasitələr saxlanılan anbarda olub.

Partlayışın o qədər güclü olub ki, onun təsirindən hətta bir neçə kilometrdəki evlərə də ziyan dəyib.

Sözügedən partlama anının görüntülərini təqdim edirik.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO