Beyrutu dağıdan gəmi Gürcüstandan sifariş olunub
Avqustun 4-də Beyrut limanında baş vermiş və 158 nəfərin həlak olmasına səbəb olmuş 2750 ton ammonium nitrat yüklü gəminin Mozambik şirkəti tərəfindən yeddi il əvvəl Gürcüstandan sifariş edildiyi bildirilir.
Rakus.az xəbər verir ki, şirkətin nümayəndəsi həmin gəminin limanda müsadirə olunduğunu və uzun müddətdir yükü ala bilmədiklərini deyib.
O, partlayıcı maddənin dağ-mədən sənayesində istifadə üçün alındığını da əlavə edib.
İstintaq müəyyən edib ki, Moldovaya məxsus olan “MV Rhosus” karqo gəmisi Gürcüstanı 2013-cü ilin sentyabrında tərk edib və noyabrda Beyrut limanına daxil olub.
Gəminin rusiyalı kapitanı Boris Prokoşev bildirib ki, onun sahibinin Süveyş kanalından keçmək üçün pulu olmayıb və yük limanda qalıb. Sonradan Livan hökumətinə də borcu yarandığından, gəmi müsadirə olunub və ekipaj repatriasiya edilib.