Hadisə 08.03.2020 16:00

Bakıda qadınlar yürüş keçirdilər - FOTO - VİDEO

Martın 8-də Feminist Hərəkatı “8 MARŞ – Bizimdir Hürr Küçələr” şüarl ilə Bakıda yürüş keçirib. Aksiyada “Şiddətə susma!” şüarı da qaldırlıb.

Rakus.az xəbər verir ki, yürüş “Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra “Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb. Aksiya razılaşdırılmadığından polis aksiyaçıların Fəvvarələr meydanından Nizami küçəsinə gedişinə müdaxilə edib.

Bakıda 8 Marş – “Bizimdir hürr küçələr” şüarı ilə feministlər aksiya keçiriblər
Akisyanın keçirilməsinə maneə yaradılıb. Çox sayda aksiyaçı qadınlar polislərin müşayiəti ilə yürüş ediblər. Bu zaman onlar “Şiddətə susma!” şüarı səsləndirib.

Polis onların yürüşünü qarşısını almağa çalışıb. Buna görə canlı səddlər qurublar.

Bakıda 8 Marş qadınlar -"Şiddətə susma!" şüarı səsləndiriblər
Polis aksiya iştirakçılarının qaldırdıqları plakatları alıblar. İştirakçılardan bir neçə nəfər saxlanılıb. Bununla belə aksiya müxtəlif yerlərdə davam etdirilib.

Polis aksiyaçıları dağtmaq üçün onlardan bəzisini zorla “Sahil” metrostansiyasının içərisinə qovub. Dağılışmaq istəməyən aksiyaçılar elə metronun girişində “Şiddətə susma!” şüarları səsləndirməkdə davam etdiriblər.

Feminist Hərəkatının Bakıda 8 Mart aksiyasında saxlanılanlar var
Aksiyadan əvvəl təşkilatçılar bəyanat yayıblar. Bəyanatda Azərbaycanda baş verən çoxsaylı qadın qətllərindən, selektiv abortlardan, gender əsaslı ayrı-seçkilikdən və zorakılıqdan, erkən nikahlardan, qızların təhsildən məhrum olunmasından və zorla evləndirilmədən, süpürgəçi qadınların təhlükəli iş şəraitində ölümə məruz buraxılmasından, qadın bədəninin istismarından narahatıqlıq ifadə olunub.
Bakıda 8 Marş feministlər aksiyasında bəyanat səsləndirib
Daha sonra qeyd edilib ki, patriarxal dəyərlərin hakim olduğu ölkədə heç bir qadın azad deyil:

“Bunun ən əsas səbəbi dövlətin patriarxal dəyərlərə söykənməsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün öz öhdəliklərini lazımınca həyata keçirməməsidir.”

Bəyanat müəllifləri bir sıra tələblərlə çıxış edib. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq və işləmək haqqının, hər kəsə əmək fəaliyyəti üçün bərabər imkanların, hər kəsin təhsilə çatımlılığının, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında beynəlxalq konvensiyanın şərtlərinə tamlıqla əməl edilməsini, Azərbaycanın İstanbul konvensiyasına qoşulmasının təmin edilməsini tələb edirlər.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 8-də saat 15-də Bakıda, Nizami küçəsindən “Kolorit” kafesinin qarşısına qədər yürüş keçirmək üçün müraciətinə mənfi cavab verib. Meriya yürüşün təşkilatçılarına alternativ yer olaraq, martın 8-də Bakıdan 20 kilometr aralıda, Qaradağ rayonu, Lökbatan qəsəbəsində marşrut təklif edib. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO