Dünya 15.04.2020 13:14

İspaniya və İtaliyada yoluxma və ölüm azalır

Avropada COVID-19 pandemiyasının iki əsas mərkəzi olan İspaniya və İtaliyada son iki həftə ərzində koronavirusa yoluxanların və virusdan ölənlərin sayı getdikcə azalmaqdadır.

Rakus.az xəbər verir ki, məlumata görə, aprelin 13-də İspaniyada 517 nəfər koronavirusun qurbanı olub. Bir gün öncə isə bu say 510 nəfər idi. Bunlar martın 25-dən bəri, başqa sözlə son 17 gündə ən aşağı göstəricilərdir.

İtaliyada bazar ertəsi 567, bir gün əvvəl isə 431 nəfər virusdan ölüb və bu, martın 21-dən bu yana ən aşağı göstərici olub. Epidemiyanın pik nöqtəsində bu ölkələrdə gündə, demək olar, min nəfər ölürdü. Məsələn, martın 28-də İtaliyada 971 nəfər infeksiyadan ölüb. İspaniyada aprelin 3-ü və 4-ü tarixlərində uyğun olaraq 950 və 932 nəfər ölüb. Ümumilikdə İspaniyada təxminən 18 min, İtaliyada isə 20 mindən çox adam virusun qurbanı olub.

Bu ölkələrin səhiyyə sistemləri hələ də çox yüklənir. Bundan əlavə, İspaniyada təsdiqlənmiş xəstəliklərin 15%-i tibb işçilərinin payına düşür. İtaliyada artıq 100-dən çox həkim koronavirusdan ölüb. Lakin aprelin 4-də pandemiya başlayandan bəri ilk dəfə reanimasiya şöbələrində xəstələrin sayı azalıb. Bənzər dinamika İspaniyada da müşahidə olunur: aprelin əvvəllərindən etibarən orada ağır xəstələrin sayı artmır (orta hesabla belə xəstənin sağalması üçün iki-üç həftə süni nəfəs aparatında qalmaq lazım gəlir: uzun reabilitasiya SARS-CoV-2 virusuna yoluxmanın xüsusiyyətlərindən biridir).

Son iki-üç həftə ərzində hər gün aşkar olunan yeni halların sayı azalır. İspaniyada pik nöqtə aprelin 1-də olub: gün ərzində 9 222 nəfərdə virus aşkarlanıb. Aprelin 13-də 3 777 yeni yoluxma hadisəsi qeydə alınıb. İtaliyada pik nöqtə martın 22-də olub – 6 557 nəfər xəstələnib. Bazar ertəsi ölkədə 3 153 hal müəyyən edilib.

Bu günlərdə İspaniyada 2 336, İtaliyada isə 1 224 nəfər sağalıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO