Elm və təhsil 23.09.2024 21:35

“Abbasqulu bəy olmasaydı ermənilər daha böyük qırğınlar törədəcəkdi” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası sədrinin müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski olub.

O, Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə Şadlinskilər nəslindən söhbət açıb. Bildirib ki, bu nəsil Qərbi Azərbaycanın Vedi bölgəsinin tanınmış soylarındandır. Müsahibin sözlərinə görə, mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar bəxş edib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. Əməkdar elm xadimi Şadlılar tayfasının zaman-zaman İran, Türkiyə, Rusiya və İraqa köç etdiyini, indiki Azərbaycanın müxtəlif rayonlarında məskən saldığını, həmin yaşayış məntəqəsinin adını da məhz Şadlı adlandırdığını konkret faktlarla dilə gətirib.

Ata-baba yurdu barədə məlumat verən V.Şadlinski deyib ki, Vedi çuxurunda cəmi iki qarışıq kənd istisna olmaqla, bütün kəndlərdə tarixən azərbaycanlılar yaşayıblar. Onun sözlərinə görə, ötən əsrin əvvəlində ermənilər dəfələrlə Qərbi Azərbaycandakı soydaşlarımıza silahlı hücumlar edib, azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar. Həmin dövrdə Şadlinskilər nəslinin yetirməsi, əsl xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski və onun ətrafına toplaşan mərd oğullar Vedi camaatını ölümdən xilas ediblər. Əlli mindən çox azərbaycanlı məhz Abbasqulu bəyin rəhbərliyi ilə İran ərazisinə keçirilib, mühafizə olunub. Müsahib vurğulayıb ki, əgər o illərdə Abbasqulu bəyin rəhbərlik etdiyi müqavimət dəstəsi olmasaydı, ermənilər Göyçə, Naxçıvan və Qarabağda daha böyük qırğınlar törədəcəkdilər.

Yazıçı-nasir Fərman Kərimzadənin “Qarlı aşırım” romanında və onun əsasında çəkilən “Axırıncı aşırım” filmində Abbasqulu bəy Şadlinskinin obrazının yaradılmasına toxunan V.Şadlinski deyib ki, filmdəki hadisələrin bəzisi həqiqətdir, bəzisi yox. O bildirib ki, Kərbəlayı da Abbasqulu bəylə birlikdə ermənilərə qarşı vuruşub.

V.Şadlinski 1948-1953-cü illərdə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Vedi rayonundan deportasiya olunduğunu, 11 gün taxta vaqonda yol gəldiyini, indiki Şəmkir rayonu ərazisində məskunlaşdığını diqqətə çatdırıb, o illərdə soydaşlarımızın çəkdiyi əzab-əziyyətləri dilə gətirib. Qeyd edib ki, hələ deportasiyadan öncə xarici ölkələrdən Qərbi Azərbaycana gətirilən ermənilər azərbaycanlıların evlərində yerləşdiriliblər. Deportasiyadan sonra isə həmin evlərə sahib çıxıblar.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının fəaliyyətindən danışan V.Şadlinski tez-tez soydaşlarımızla, o cümlədən gənclərlə görüşdüklərini vurğulayıb. Bildirib ki, tarixi yaddaşın qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi üçün belə görüşlərin mühüm əhəmiyyəti var. Əməkdar elm xadimi sonda qeyd edib ki, Qərbi Azərbaycana qayıtmaq, orada yaşamaq hər bir soydaşımızın haqqı və hüququdur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 23-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO