Elm və təhsil 14.08.2019 10:39

“Abituriyent” jurnalının 7-ci nömrəsi nəşr edldi

Dövlət İmtahan mərkəzi 2019-cu il 10 avqust tarixində “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr etmişdir.

Rakus.az xəbər verir ki, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrı jurnalda, IV və V qruplar isə birlikdə 1 jurnalda, rus bölməsinin bütün qrupları isə 1 jurnalda) çap olunmuşdur.

Eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilmişdir.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Qeyd olunduğu kimi jurnalda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları verilmişdir. Keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Odur ki, hər il keçid balları müsabiqə nəticələrindən asılı olaraq dəyişir.Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az idi. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi.

Həmçinin bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən  20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir.

Təbii yuxarıda qeyd olunan amillər bu il ixtisaslar üzrə, xüsusilə də dövlət sifarişli yerlər üzrə keçid ballarının daha aşağı formalaşacağı proqnozunu verməyə əsas verirdi. Bunu artıq builki keçid ballarına baxmaqla da müşahidə etmək olar.

Nümunə olaraq 2018-ci ildə ərizələrində birinci yerdə ən çox göstərilmiş ixtisaslar üzrə dövlət sifarişli və ödənişli əsaslarla formalaşan keçid balları və onların 2019-cu ildəki keçid balları ilə müqayisəsini təqdim edirik.

Azərbbaycan bölməsi

İxtisas

qrupu

İxtisasın adı

Keçid balı 2018 (Ödənişli /DS)

Keçid balı 2019

(Ödənişli/DS)

I

Riyaziyyat müəllimliyi (BDU)

540 / 540 522.3 / 522.3

II

Maliyyə (tədris ingilis dilində ADİU)

667/ 667

643.4 / 643.4

III

Xarici dil müəlliliyi (ingilis dili üzrə, ADU)

416 / 584

464.6 / 527.4

IV

Müalicə işi (Azərbaycan Tİbb Universiteti)

609 / 662

575.4 / 578.7

V

Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə, ADBTİA)

53 / 74*

96.8  / 112.6*

Rus bölməsi

İxtisas    

qrupu

 İxtisasın adı

 Keçid balı 2018 (Ödənişli/DS)  

Keçid balı 2019

(Ödənişli/DS)

I  İnformasiya texnologiyaları (ADNSU) 329 / 538 366.5 / 366.5
II  Turizm və otelçilik (ATMU) 356 / 418 347.4 / 347.4
III  Xarici dil müəlliliyi (ingilis dili üzrə, ADU) 288 / 588 318.9 / 528.1
IV Müalicə işi (Azərbaycan Tİbb Universiteti) 554 / 662 344.5  / 589.4
V Dizayn (ADRA) 56 / 74* 157.2/ 157.2*

*2018-ci ildə  V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanından maksimal toplanıla biləcək bal 90, 2019-cu ildə isə 300 baldır.

XƏBƏR LENTİ
Mədəni / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO