Dünya 29.10.2019 18:06

ABŞ “1 nömrəli terrorçu”ların çoxunu tapa bilmir - FOTO

Oktyabrın 26-da ABŞ xüsusi təyinatlıları Suriyanın İdlib vilayətində dünyanın “1 nömrəli terrorçu”su Əbu Bəkr əl-Bağdadini məhv etdi. Bu barədə prezident Donald Tramp xalqa xüsusi müraciətində elan etdi. Bağdadi son illər dünyada ən çox axtarılan terrorçu idi.

Rakus.az əl-Bağdadiyə qədər ABŞ-ın bütün dünyada axtardığı, başı üçün milyonlarla dollar qoyduğu “1 nömərli terrorçu”ların siyahasını xronoloji ardıcıllıqla təqdim edir.

Əli Atva – ABŞ-ın axtarışa verdiyi və 1985-ci ildə dünyanın “1 nömrəli terrorçu”su halına gələn şəxsdir. Livan vətəndaşı olan Atva “Hizbullah” qruplaşmasının üzvü kimi Afinadan Romaya uçan “Boinq 727” təyyarəsini 3 silahdaşı ilə ələ keçirərək, 153 sərnişin və heyət üzvünü girov götürməkdə təqsirləndirilir. Laynerdə ABŞ vətəndaşı olduğunu bildikləri hərbçi Robert Stethemi qətlə yetirən terrorçular danışıqlardan sonra təyyarəni sərbəst tərk etmişdilər. Terrorçu qrupun ələ keçməyən 2 üzvündən biri olan Əli Atva 1985-ci ildə qısa müddətə dünyanın əsas terrorçusuna çevrilib. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat qoyub. Livanlı terrorçu hələ də azadlıqdadır.

Abdulla Əhməd Abdulla – “Əl Qaidə” qruplaşmasında yüksəsk vəzifə tutan terrorçudur. Əhməd Abdulla 1994-cü ildən Somali, Yəmən və Misirdə terror aktivliyinə görə axtarışa verilib. Hesab olunur ki, 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərində partlayışların əsas təşkilatçısı da məhz odur. Abdulla Üsəma Ben Ladenin ən yaxın çevrəsindən olub. “Dünyanın 1 nömərli terrorçu”su kimi ABŞ onun başına 10 milyon dollar təyin edib.

Fəhd İbn Məhəmməd Əl-Kuso – “Əl Qaidə Ərəbistan yarımadasında” qruplaşmasının lideri olub. O 2000-ci il oktybarın 12-də Yəmənin Ədən limanında ABŞ-a məxsus “USS Cole” gəmisində törədilən terror aktının əsas təşkilatçısıdır. Bomba yüklü katerin gəmiyə çırpılması zamanı 17 amerikalı hərbçi ölmüş, 39-u isə yaralanmışdı. Buna görə 2001-ci ilin 11 sentyabr terroruna qədər Əl-Kuso dünyanın “1 nömərli terrorçu”su hesab olunurdu. ABŞ ona görə 10 milyon dollar mükafat təyin etmişdi. Yəmənli terrorçu 2012-ci ilin mayında amerikalı xüsusi təyinatlılar tərəfindən öldürülmüşdü.

Üsəma Ben Laden – “Əl Qaidə” qruplaşmasının yaradıcısı və lideri. Səudiyyə Ərəbistanında anadan olan Üsəma Ben Laden 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərində partlayışlar törətməkdə təqsirli bilinirdi. Amma bütün dünya onu 2001-ci il 11 sentyabr günü Dünya Ticarət Mərkəzinin “əkiz bina”larının dağılması və 3 min insanın həyatdan getməsi ilə nəticələnən dəhşətli terror aktına görə tanıyır. Tarixin ən dəhşətli terror aktından sonra Ben Laden avtomatik olaraq dünyanın “1 nömrəli terrorçusau” halına gəldi. O yalnız 2011-ci il mayın 2-də Pakistanın Abbatobad şəhərində amerikalı xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı öldürüldü.

Ayman Əz-Zəvahiri – “Əl Qaidə” qruplaşmasının ierarxiyasında 2-ci nüfuzlu şəxsdir. Əslən Misirdən olan Zəvahiri Ben Ladenin ən yaxın silahdaşı olub və onunla birgə əsas terror aktlarını planlaşdırıb. Əz-Zəvahiri 2012-ci ildə Liviyada ABŞ konsulluğuna hücumun əsas təşkilatçısı olub. Zəvahiri 2014-cü ilə qədər dünyanın “1 nömrəli terrorçusu” adını daşıyıb. 68 yaşlı terroçu hələ də azadlıqdadır. Onun başına ABŞ 25 milyon dollar mükafat qoyub.

 

Əbu Bəkr əl-Bağdadi – “İraq və Şam Dövləti” terror təşkilatının lideri olub. Bağdad Universitetində dini təhsil alan Bağdadi 2014-cü ildə Mosul şəhərində yeni radikla-dini dövlətin yaradıldığını elan edib. Onun rəhbərliyi alıtnda İŞİD İraq və Suriyada geniş ərazilər zəbt etsə də, sonradan ABŞ-ın başçılıq etdiyi koalisiya, İraq və Suriya hökumət qüvvələri və s. hərbi təzyiqi ilə geniş ərazilər itirdi.  Özü isə bu günlərdə məhv edildi. (Modern.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO