Dünya 24.06.2019 11:34

ABŞ: 28 yaşlı azərbaycanlı departament rəhbəri - FOTO

 

Bu günkü qəhrəmanım Vüsal Nəzərovun cəmi iyirmi səkkiz yaşı vardır. Rusiyanın Arxangelsk şəhərində dünyaya gəlsə də bir yaşından iyirmi altı yaşınadək Azərbaycanda yaşayıb. Orta təhsilini Naxçıvanski adına hərbi liseydə başa vurub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alaraq mühəndis iqtisadçı ixtisasına yiyələnib. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2013-cü ildə “Schlumberger” şirkətinin Bakı ofisində əmək fəaliyyətinə başlayıb. Üç il orada satınalma üzrə mütəxəsis, sonradan isə baş mütəxəsis vəzifələrində çalışıb. 2016-cı ildə işinə fasilə verərək, bir il İtaliyanın Piza Universitetində biznesin idarə olunması üzrə təhsilini davam etdirib və magistr dərəcəsi alıb. 2017-ci ildə Bakıya dönərək, bu dəfə “Schlumberger” şirkətinin neft quyularının qazılması şöbəsində mütəxəsis işləyib. 2017-ci ilin avqust ayından həmin şirkətin ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən baş ofisində çalışır. Əvvəlcə Rusiya və mərkəzi asiya ölkələri üzrə ixracat şöbəsində mütəxəsis vəzifəsini icra etsə də, hazırda avropa və yaxın şərq ölkələri üzrə departamentin rəhbəri vəzifəsində işləyir…

…Atası hərbiçidir. Anası isə evdar xanımdır. Vüqar adlı bir qardaşı da vardır. Vüqar Almaniyanın Frankfurt Universitetində magistr təhsili alır…

Bütün gənclər kimi Vüsalın da arzuları çoxdur. Gələcəkdə ixracat üzrə məsləhət şirkəti yaradıb, müştərilərinə bu sahədə dəstək vermək istəyir. Dünya ədəbiyyatını mütaliyə etməkdən yorulmur. Azərbaycan yazarlarından Aslan Quliyevin, Varis Yolçuyevin, Elxan Elatın, Çingiz Abdullayevin əsərlərini oxuduğunu söyləyir. İdmanı çox sevir. Paraşütdən tullanmağı xoşlayır. Tez-tez balıq ovuna gedir. Musiqiyə həvəsi onu bir il skripka dərsləri almağa ruhlandırıb, artıq bu musiqi alətində sərbəst ifa etməyi bacarır…

…2018-ci ildə ailə qurub. Ömür-gün yoldaşı Günay xanım Azərbaycan Dillər Universitetinin məzunudur. Vüsal tezliklə ata olacağına sevinir…

Milli mənəvi dəyərlərə bağlı insandır. Milli kimliyini unutmur. Çalışır ki, davranışı, əməlləri ilə amerikalılar arasında xalqımızın başını uca etsin, azərbaycanlıları onlara sevdirə bilsin. Mədəni, yüksək intelekli gəncdir. İti zəkası, aydın düşüncə tərzi ilə fərqlənir. Zəhməti, bacarığı, savadı sayəsində vəzifə pillələrində irəliləyərək Amerika cəmiyyətində nüfuzlu şəxslərdən biri olmağa səy göstərir…

Deyir ki,- “Azərbaycan neft sənayesinin beşiyidir. Bu sahədə ölkəmizin böyük təcrübəsi vardır. Bu barədə mənimlə işləyən amerikalılara bilgi verməkdən yorulmuram. Onları Azərbaycan, Bakı haqqında bacardığım qədər məlumatlandırmağa çalışıram”…

Bəli, yüksək təhsil almış Azərbaycan gəncləri bacarığına, savadına, işgüzarlığına, səmimiyyətinə, mədəniyyətinə görə dünya gəncləri ilə eyni səviyyədədir. Onlara meydan verib, şərait yaradanda, hətta əcnəbi həmyaşıdlarından irəli gedə bilirlər. Lap elə bizim Vüsal Nəzərov kimi. Zarafat deyil, gənc olmasına baxmayaraq, Amerika kimi nəhəng bir ölkədə məşhur “Schlumberger” neft şirkətinin avropa və yaxın şərq ölkələri üzrə departamenti ona həvalə olunub…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO