Dünya 06.04.2019 15:20

Ərəbistan nefti dollara satmır – ABŞ-a təhdid

Səudiyyə Ərəbistanında aparılan məxfi görüşlərdə bildirilib ki, Vaşinqtonda OPEC ölkələri əleyhinə NOPEC qanun layihəsinin qəbul olunacağı təqdirdə Ər-Riyad xam nefti dollarla deyil, başqa valyutalarla sata bilər.

Rakus.az xəbər verir ki, xarici KİV-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının enerji siyasəti ilə bağlı məlumatlı mənbələr bildiriblər. Onlar qeyd ediblər ki, sözügedən məsələ ötən ay Ər-Riyadda məhdud çərçivədə keçirilən iclasda müzakirə olunub. Mənbələr onu da bildiriblər ki, Səudiyyə Ərəbistanının bu planı OPEC-in digər üzv ölkələrinə də çatdırılıb.

Ekspertlər ABŞ-da NOPEC adı ilə bilinən qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Ər-Riyadın atacağı adekvat addımın dolların əsas ehtiyat valyutası kimi zəifləməsinə səbəb olacağını qeyd edirlər. Onların fikrincə, səudiyyəlilərin əllərində olan külli miqdarda dollar ehtiyatı ABŞ üçün nüvə silahı qədər təhlükəlidir. Belə olan halda OPEC üzvü olmayan ölkələr – Rusiya, ən böyük neft istehlakçısı Çin və Avropa ölkələri vəziyyətdən faydalana bilərlər.

Səudiyyə Ərəbistanının Enerji Nazirliyi xarici mətbuatın bu xəbərlərinə münasibət bildirməkdən imtina edib. Eyni zamanda, ABŞ Dövlət Departamentində də sözügedən qanun layihəsini şərh etməyiblər. Donald Tramp OPEC ölkələrini neftin qiymətinin süni şəkildə artırılması ilə bağlı məhkəməyə vermək üçün nəzərdə tutulan NOPEC qanununu prezidentliyə namizədliyi dövründə dəstəkləsə də, dövlət başçısı seçildikdən sonra bir daha həmin məsələyə qayıtmayıb. O, həmçinin jurnalist Camal Kaşıkçının qətli ilə bağlı Ər-Riyada sanksiyalar tətbiq edilməsi haqqında Konqresdə səslənən təklifləri də rədd etmişdi.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO