Rakus.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, son 20 ildə Birləşmiş Ştatlar Azərbaycanda yalnız səhiyyə sahəsinə 41 milyon dollara yaxın və ümumilikdə 890 milyon dollardan artıq yardım ayırıb.
Xatırladaq ki, ABŞ COVID-19 pandemiyasına cavab tədbiri olaraq, pandemiyaya qarşı daha yaxşı mübarizə aparmaq üçün daha çox riskə məruz qalmış ölkələrə dəstək məqsədilə 247 milyon ABŞ dolları dəyərində təxirəsalınmaz səhiyyə və humanitar yardıma vəsait ayırıb.