ABŞ Cənubi Koreyadan qoşununu çıxarmayacaq
Birləşmiş Ştatlar cümə axşamı Şimali Koreyanın təcabvüzünə mane olmaq üçün Cənubi Koreyada yerləşdirdiyi 28 500 nəfərdən ibarət hərbi qüvvəsindən 4 minə qədərini çıxamaq barədəki xəbəri təkzib edib.
Rakus.az xəbər verir ki, Tramp Administrasiyası qüvvələrin xərcləri üçün Cənubi Koreyadan 5 milyard dollar tələb edir. Cənubi Koreya rəsmisi bu məbləğin hazırkı ödənişdən 5 qat artıq olduğunu deyib.
Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti Vaşinqtondakı naməlum diplomatik mənbəyə istinadən Birləşmiş Ştatların yüksək səviyyəli rəsmilərinin Cənubi Koreyadan 3 mindən 4 minə qədər əsgəri geri çəkəcəyi barədə müzakirələr apardığını yazıb.
Məlumat Cənubi Koreya və ABŞ rəsmiləri çərşənbə axşamı keçirilməsi planlaşdırılan müzakirələri Seulun Amerika qüvvələrini saxlaması xərcləri səbəbi ilə baş tutmayan danışıqlardan 2 gün sonra yayılıb.
“`Chosun Ilbo`-nun dərc etdiyi məqalədə heç bir həqiqət yoxdur. ABŞ Müdafiə Nazirliyi hazırda Koreya yarımadasından qoşun çıxartmağı düşünmür”, – Pentaqon sözçüsü Conatan Hoffman bildirib.
Birləşmiş Ştatların müdafiə naziri Mark Esper də Cənubi Koreyadan qoşun çıxarmaq planı barədə məlumatlı olmadığını deyib.