ABŞ-da ötən gün ərzində 2,1 mindən çox insan koronavirusdan ölüb.
Rakus.az xəbər verir ki, bununla bağlı məlumatlar federal və yerli hakimiyyətin informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin saytında yer alıb.
Məlumata görə, ötən gün ərzində Birləşmiş Ştatlarda 2 108 insan COVID-19 infeksiyasından ölüb. Bu, ölkədə növbəti antirekord olub.
Çərşənbə günü COVID-19-dan birgünlük ölüm 1 973 insan təşkil edib. Bu rəqəm cümə axşamı bir qədər azalıb. Həmin gün Birləşmiş Ştatlarda xəstəlikdən 24 saat ərzində 1 783nəfər vəfat edib.
Bildirilir ki, ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyona çatıb.
Xatırladaq ki, ötən gün ABŞ-da 473 mindən çox insan virusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.