Dünya 01.04.2020 23:39

ABŞ-da 240 min insanın COVID-19-dan öləcəyi gözlənilir

Amerikalılar bir-birilərindən sosial məsafəni qorumağa davam etsələr belə, Birləşmiş Ştatlarda növbəti iki ay ərzində 100.000 ilə 240.000 arası insanın COVID-19-dan öləcəyi gözlənilir.

Rakus.az xəbər verir ki, ölümlərin növbəti iki-üç həftə ərzində pik həddə çatacağı gözlənilir. Bu barədə Ağ Evin koronavirus işçi qüvvəsi məlumat verib.

“Ölkəmiz daha öncə qarşılaşmadığımız böyük milli sınaqla üzləşir”, – ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib. Ağ Ev həmin gün statistika modellərinə əsaslanaraq 30 günlük sosial məsafə qaydalarını uzadıb.

“Bu, ölkəmizin üzləşəcəyi ən ağır iki-üç həftə olacaq,” Tramp deyib.

“Bu bizim gözlədiyimiz rəqəmdir, amma bunu qaçılmaz olaraq qəbul etməməyilik,” ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Fauçi bildirib.

Birləşmiş Ştatlarda 187.000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə koronavirusdan ölənlərin sayı 3.800-ü ötüb. Ölüm hallarının dörddə biri Nyu York ştatında qeydə alınıb.

ABŞ-da ilk COVID-19-a yoluxma halı fevralın 29-da ABŞ qərbində yerləşən Vaşinqton ştatında qeydə alınmışdı.

Nyu York ştatının qubernatoru Endrü Kuomo deyib ki, ştatda xəstəliyə yoluxma halları 7-21 gün sonra pik həddə çatacaq. O, televiziyada yayımlanan gündəlik brifinqi zamanı xəstəxanalardakı reanimasiyalar üçün kritik təchizatları ala bilməməsindən şikayətlənib. O, Nyu Yorkun Çindən hər biri 25.00 dollar olan 17.000 ventilyator sifariş etdiyini bildirib.

Kuomo deyib ki, ştatlar və federal hökümət nəfəsalma cihazlarını almaq üçün bir-biriləri ilə yarışır.

“Ştatları kritik ehtiyacın olduğu təchizatlar üçün yarışmağa vadar etməyin mənası yoxdur,” Kuomo söyləyib.

Tramp isə deyib ki, federal hökümətin inventarında olan 10.000-ə yaxın ventilyator yoluxma hallarının artması ehtimalı olunan ölkənin başqa hissələri üçün saxlanılmalıdır.

“Bizim indi ehtiyatımız var. Bu, neft ehtiyatı kimidir, amma daha dəyərlidir,” prezident deyib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO