Elm və təhsil 13.06.2019 12:29

ABŞ-da orta təhsil - FOTO

 

Məlum olduğu kimi Azərbaycanda tədris ili başa çatır. Oxuculara maraqlı olar deyə dünyada ən demokratik sayılan ABŞ-ın təhsil sistemi haqqında söhbət açmaq istəyirəm.

Əvvəlcə onu qeyd edim ki, ABŞ-da vahid təhsil sistemi olmadığından burada vahid qaydalar da yoxdur. Daha doğrusu, hər bir ştatın öz təhsil sistemi vardır və təhsilə aid bütün qaydalar ştat rəhbərliyi səviyyəsində təyin olunur. Ona görə də ABŞ-da təhsil ilinin başlanğıcı və sonu müxtəlif ştatlarda ayrı-ayrı tarixlərə təsadüf edir. Məsələn, Koliforniya ştatında ilk təhsil günü avqustun 15-nə təyin edilibsə, Miçiqan ştatında bu tarix sentyabr ayının ilk həftəsinin birinci gününə düşür. Ümumilikdə ABŞ-da təhsil sistemi dörd pillədən ibarətdir- məktəbəqədər, ibtidai, orta və ali təhsil. Bunu da qeyd edim ki, ABŞ-da ali təhsil sisteminin də ştatlar üzrə müxtəlif özəllikləri vardır.

Məktəbəqədər təhsil – Preschool

Məktəbəqədər təhsil bir sıra ölkələrdə olduğu kimi ABŞ-da da icbari deyil. Amma 4-6 yaşlı uşaqlar iki il müddətində uşaq bağçalarında, məktəbəqədər təhsil mərkəzlərində bu təhsilə yiyələnə bilərlər və bir çox ştatlarda məktəbəqədər təhsil alan uşaqlara sertifikatlar verilir ki, orada uşağın davamiyyəti, davranışı, bacarıqları xüsusi qeyd olunur.

İbtidai təhsil – Elementary school

İbtidai təhsil ABŞ-da məcburidir. Bu proqram beş il davam edir. Uşaqlar 6 yaşından 11 yaşınadək ibtidai təhsil almalıdırlar. İbtidai təhsil müəssisələri dövlətə, hansısa sahibkara və kilsələrə məxsusdur. İbtidai təhsil məktəblərində siniflər uşaqların qabiliyyətinə uyğun yaradılır ki, buraya uşaqların baza göstəriciləri, oxumaq, yazmaq, hesablama qabiliyyətləri daxildir. Və beş il ərzində bütün fənlər bir müəllim tərəfindən tədris olunur. ABŞ üzrə yalnız bir neçə ştatda 4-cü sinifdən sonra bu fənləri müxtəlif müəllimlər tədris edir. Bir daha xatırladıram ki, tədris proqramı dövlət səviyyəsində deyil, hər ştatın öz rəhbərliyi tərəfindən təyin edilir. İbtidai təhsilə yiyələndikdən sonra şagirdlər orta məktəbə qəbul olunurlar.

Orta təhsil – Middle school, High school

ABŞ-da orta təhsil iki mərhələdən ibarətdir- kiçik orta məktəb (Middle School) və böyük orta məktəb (High school).
Kiçik orta məktəbdə (Middle School) təhsil üç il nəzərdə tutulub. Burada şagirdlər 11 yaşından 13 yaşınadək 6,7,8-ci siniflərdə təhsil alırlar ki, bu mərhələdə onlara əsasən ingilis dili və digər humanitar fənlər tədris olunur. Bundan sonra yeni mərhələ başlayır.

Böyük orta məktəb (High school) dörd il davam edir və burada şagirdlər 14 yaşından 18 yaşadək 9-12-ci siniflərdə təhsil alırlar. Belə məktəblər şagirdlərə gələcəkdə yiyələnəcəkləri ixtisasa uyğun fənləri daha dərindən mənimsəmələri üçün seçim imkanı verir və şagirdlərin seçiminə uyğun siniflər təşkil olunur.
Böyük orta məktəbi bitirən şagirdlər buraxılış imtahanları verirlər ki, bu da 1-ci səviyyəli SAT və ya 2-ci səviyyəli SAT adlanır. 1-ci və 2-ci səviyyələr bir-birindən istiqamətinə, mürəkkəbliyinə görə fərqlənirlər. 1-ci səviyyə SAT gələcəkdə kollecə və ya orta səviyyəli universitetlərə qəbul olmaq istəyənlər üçündürsə, 2-ci səviyyə SAT ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyanlar üçündür və buraxılış imtahanlarını uğurla verən məzunlara tam orta təhsil haqqında diplom verilir…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO