ABŞ-da ötən gün başlayan “İsayas” qasırğası ən azı dörd nəfərin ölümünə, 20-dən çox insanın itkin düşməsinə, doqquz əyalətdə üç milyon amerikalının işıqsız qalmasına səbəb olub.
Rakus.az xəbər verir ki, bir neçə metro stansiyası su altında qalıb və bağlanıb. Yüzlərlə ailəni evsiz qoyan qasırğa bu gün ABŞ-dan Kanadaya keçib.
Donald Tramp “Qasırğa keçməyincə hər kəs ayıq olmalıdır. Hər kəsi hökumətin göstərişlərinə əməl etməyə çağırıram. Ehtiyatlı olun”, – xalqa müraciət edib.